Almaniyalı İtaliyada qaldı
Bizi izləyin

İdman

Almaniyalı İtaliyada qaldı

Almaniyalı İtaliyada qaldı

İtaliyanın “Latsio” klubu almaniyalı hücumçu Miroslav Kloze ilə müqaviləni yeniləyib.

Publika.az xəbər verir ki, yeni müqaviləyə əsasən Kloze daha bir il Roma klubunda qalacq. 35 yaşlı futbolçu müqaviləni uzatdıqdan sonra mətbuata danışıb: “Bir çox klublardan təklif almışdım. Ancaq sevinirəm ki, “Latsio”da qaldım. Burdakı layihənin bir hissəsiyəm. Bu layihədə mənə böyük rol veriblər”.

Qeyd edək ki, Kloze bu mövsüm “Latsio”nun heyətində 22 oyun keçirib, 7 qol vurub, 5 məhsuldar ötürmə verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm