• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Dünya kubokunda 4 Azərbaycan finalı

  • İdman
  • 3 May 2014 11:39
  • 394 Baxış
Dünya kubokunda 4 Azərbaycan finalı

İtaliyanın Milan şəhərində kayak və kanoe üzrə Dünya Kubokunun I mərhələsinə start verilib.

Publika.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan kanoeçiləri 4 yürüşdə adlarını finala yazdırıblar.

2 nəfərlik kanoe qayığı (C-2) ilə mübarizə aparan Sergey Bezuqlıy - Aleksey Kupin dueti həm 1000 metr, həm də 500 metr məsafəyə seçmə yürüşdəcə ilk “3-lüy”ə düşərək, əsas finala vəsiqə qazanıb. 1000 metr məsafəyə seçmə yürüşdə bu duet finişə 3 dəqiqə 47,729 saniyəyə çataraq, 3-cü yeri tutub. 500 metr məsafəyə seçmə yürüşdə isə Bezuqlıy – Prokopenko cütlüyü 1 dəqiqə 43,469 saniyə nəticə ilə 2-ci olub. 1000 metr məsafəyə final yürüşü mayın 3-də Bakı vaxtı ilə saat 12:53-də, 500 metr məsafəyə həlledici yürüş mayın 4-də saat 16:35-də baş tutacaq.

1 nəfərlik kanoe qayığı (C-1) ilə 1000 metr məsafəyə seçmə yürüşdə Mikola Matviyçuk 4 dəqiqə 6,802 saniyə nəticə ilə 4-cü yeri tutub. Onun qardaşı Taras Matviyçuk isə finişə 4 dəqiqə 13,332 saniyəyə çataraq, 8-ci olub. Nəticədə hər iki kanoeçi yarımfinala yüksəlib. Növbəti mərhələdə Taras Matviyçuk 4 dəqiqə 27,815 saniyə göstərici ilə 8-ci olub və mübarizəni dayandırıb. Əvəzində Mikola Matviyçuk 4 dəqiqə 14,819 saniyə göstərici ilə 2-ci yeri tutaraq, finala çıxıb. Həlledici yürüş mayın 3-də Bakı vaxtı ilə saat 12:33-də olacaq.

Finala daha bir vəsiqəni 1 nəfərlik kanoe qayığı (C-1) ilə 500 metr məsafəyə yürüşdə Anatoli Melnik əldə edib. Melnik seçmə mərhələdə 1 dəqiqə 57,966 saniyə nəticə ilə 4-cü, yarımfinalda isə 1 dəqiqə 56,755 saniyə göstərici ilə 2-ci yeri tutub. Beləliklə, o, adını birbaşa final yürüşünə yazdırıb. Həlledici yürüş mayın 4-də saat 14:14-də olacaq. Lakin daha bir kanoeçimiz Mikita Sablin seçmə yürüşdə finişə 2 dəqiqə 3,517 saniyəyə 8-ci çataraq yarımfinala çıxsa da, növbəti mərhələdə 2 dəqiqə 8,335 saniyə nəticə ilə 9-cu yeri tutub və mübarizəni dayandırıb. Həm Melnik, həm də Sablin 200 metr məsafəyə yürüşlərə də qatılacaqlar. Onlar müvafiq olaraq, mayın 3-də Bakı vaxtı ilə saat 17:35-də və saat 17:40-da start xəttinə çıxacaqlar.

Kayakçılarımıza gəldikdə, 500 metr məsafəyə seçmə yürüşdə Aleksandr Piçugin 1 nəfərlik qayıqla (K-1) finişə 1 dəqiqə 50,183 saniyəyə çataraq 7-ci olub. Bu nəticə ilə Piçugin yarımfinala yüksəlib. Amma növbəti mərhələdə o, 2 dəqiqə 0,915 saniyə nəticə ilə 9-cu yeri tutub və mübarizəni dayandırıb. 2 nəfərlik kayak qayığı (K-2) ilə seçmə yürüşdə isə Tamerlan Mustafayev - Aleksandr Piçugin dueti 1 dəqiqə 41,973 saniyə nəticə ilə 4-cü yeri tutaraq, yarımfinala yüksəlib. Lakin onlar yarımfinalda finişə 1 dəqiqə 43,975 saniyəyə 8-ci çataraq mübarizəni dayandırıblar. Lakin Mustafayev həm 1 nəfərlik qayıqla, həm də Piçuginlə birgə 2 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşlərə də qatılacaq. 1 nəfərlik qayıqla seçmə yürüş mayın 3-də Bakı vaxtı ilə saat 17:20-də, 2 nəfərlik yürüşlə mübarizə isə saat 18:10-da başlanacaq.

Mayın 4-də isə Taras və Mikola Matviyçuk 1 nəfərlik kanoe qayığı ilə 5000 metr məsafəyə final yürüşünə çıxacaqlar. Yürüş Bakı vaxtı ilə saat 17:20-də başlanacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR