İqtidar və müxalifət liderləri olimpiya çempionunun toyunda bir araya gəldilər – FOTOLAR
Bizi izləyin

İdman

İqtidar və müxalifət liderləri olimpiya çempionunun toyunda bir araya gəldilər – FOTOLAR

İqtidar və müxalifət liderləri olimpiya çempionunun toyunda bir araya gəldilər – FOTOLAR

1973-cü il iyulun 14-də Bolqarıstanın Kırcaali vilayətində anadan olub.

Ağır atletika üzrə məşqçisi İbrahim Elmalının dəstəyi ilə 10 yaşda idmana başlayıb. Qarşılaşdığı təzyiqlərə görə idmana iki il ara verməyə məcbur oldu. 1989-cu ilin dekabr ayında ailəsi ilə birlikdə Türkiyəyə sığındı.

Publika.Az oxucularını “II taym” layihəsi çərçivəsində bu dəfə “Kiçik nəhəng adam” ləqəbli Avropa, dünya və olimpiya çempionu, türk atlet Halil Mutlu haqqında məlumat verəcək.

O, ağırlıqqaldırma üzrə ən güclülərdən biri kimi göstərilir. Boyu 150 sm-dir. Hər öhdəsindən gəldiyi çəkinin ardından dil çıxarır. Onun bu hərəkəti həmişə diqqət çəkib.

“Türkiyəyə gəlmək ağlımdan da keçmirdi”

Bir zamanlar Türkiyəyə köçməyin ağlının ucundan belə keçmədiyini deyən Halil Mutlu: “Yaxşı ki gəlmişəm. Halil Mutlu olmasam belə, yenə belə deyərdim. Mən türk olaraq dünyaya gəlmişəm, amma bura gəlmək bizim üçün xəyal idi. Bolqarıstanda doğuldum, orada öləcəyimi düşünürdüm. Nə qədər yaxın olsaq da, Türkiyə bizə Amerika qədər uzaq idi” - deyə bildirib.

Rekordçu Halil Mutlu

H.Mutlu ilk çempionluğu 19 yaşında - İngiltərədə təşkil edilən gənclərin Avropa çempionatında qazanıb.

Halil Mutlu 3 dəfə olimpiya çempionu olub. Həmçinin 5 dəfə dünya çempionu, 9 dəfə Avropa çempionluğunu qazanıb.

“Kiçik nəhəng adam” 52 - 54 - 56 kq-da 20-dən çox dünya rekordu qazanıb.

Çəki problemi üzündən karyerasına on qoydu

Lakin Mutlunun 2008-ci ildə keçirilən Olimpiadada iştirak edib, dördqat olimpiya çempionu olmaqla tarixə düşmək arzusu ürəyində qalıb. Mutlu Pekində keçiriləcək Yay Olimpiya Oyunlarına yollanmaqdan imtina etdiyini bəyan edib. 35 yaşlı idmançı bununla bağlı əvvəlcə Türkiyənin idman naziri ilə məsləhətləşib. Dördüncü Olimpiadada çıxış etməyi planlaşdıran türkiyəli idmançı məşqlərinin birində çəki problemi ilə üzləşib. Çəkisini qoruya bilməyən Halil Mutlu bundan sonra Pekində qələbə qazana bilməyəcəyini anlayıb və yarışdan imtina etməyi daha məqsədəuyğun sayıb.

O, 2008-ci ilin oktyabrın 3-də idman həyatına son verdiyini elan edib.( 1991-2008)

Ailəmi dinləmədim və ...

Halil Mutlu idmana başladığı dövrlə bağlı müsahibələrinin birində belə məlumat verib:

“Ailəm ağır atletika ilə məşğul olmağımı istəməyib. Amma mən onları dinləmədim. İlk illərdə çox çətinlik çəkdim. Ağırlıqqaldırma çox ağır idman növü olduğu üçün ailəmdən və yoldaşlarımdan uzaq qalırdım. Buna görə çox olub ki, idmanı buraxmaq istəmişəm. Evdən ayrılarkən atam “özün istədin, gedirsən. Amma geri qayıtmayacaqsan. Bu işi edirsənsə tam et, sonuna qədər get” demişdi. Mən də üzüm gəlmədiyi üçün evə geri qayıda bilmədim. Ağır atletikanı buraxa bilmədim”.

“Hər bir idmançının yaşadıqlarını yaşadım”

Halil Mutlu 25 illik idman həyatı boyunca bir idmançının görə biləcəyi müsbət- mənfi hər şeyi yaşayıb, bunu da etiraf edib:

“Uğur kimi uğursuzluğu da qəbul etmək məcburiyyətindəsiniz. Uğursuzluğu bilməyən, uğuru anlaya bilməz. Hər bir idmançının yaşadıqlarını yaşadım”.

Mutlu olmağın mənfi və üstün cəhətləri

Mutlu daha bir müsahibəsində “Halil Mutlu olmağın mənfi və müsbət tərəfləri”ndən danışıb:

“Halil Mutlu olduqda hər qapı sizin üzünüzə açılır, hər yerə əvvəlcədən vaxt təyin etmədən gedərsiniz, hər yerdə adamın olur. Amma bundan əlavə mən hər zaman idmançı Halil olaraq hərəkətlərimi diqqət etmək məcburiyyətində qaldım. Heç bir zaman özümü yaşaya bilməmişəm. Həmişə bir idmançı olduğumu düşünərək, addımlarıma diqqət edərək yaşadım”.

3 böyük güc

Halil Mutlu, Naim SüleymanoğuluHafiz Süleymanoğlu - Ağır Atletikanın 3 böyük gücü hesab edilib. Türkiyə bu 3-lükdən həmişə qələbə gözləyib.

Naim Süleymanoğlu Halil Mutlu ilə əsla rəqib olmayıb. Bu üzdən jurnalistlər onları şahmat taxtası arxasında rəqib ediblər. Hər ikisi şahmatı yaxşı bacarıb.

Ləqəbləri

Ard-arda qırdığı rekordlar səbəbiylə “Kiçik nəhəng adam”, “dinamo”, ağır atletikanın “qızıl övladı” ləqəbləri qazanıb.

Sonuncu dəfə qazandığı qələbəyə görə mətbuatda onun haqqında “yaşayan əfsanə” başlıqlı yazılar dərc olunub. Bununla da növbəti bir ləqəb qazanıb.

Avropa, dünya və olimpiya çempionu Halil Mutlu ölkəsində Ağır Atletika Fderasiyasına rəhbərlik etmək üçün namizədliyini irəli sürmüşdü. Lakin sonradan idmançı namizədliyini geri götürdü və buna belə səbəb gətirdi:

“Hörmətli Tamer Taşpınarın namizədliyi gündəmə gələn zaman mənim namizədlikdən çəkilməyim daha doğrudur. Ağır atletikanın inkişafı naminə Taşpınara dəstək olacam”.

Toyunda müxalifətlə iqtidarı bir araya topladı

Dünya rekordçusu Halil Mutlu 15.02.2004 tarixində Qazi Mədəniyyət Mərkəzində təşkil edilən bir mərasimdə bədən tərbiyəsi və gimnastika müəllimi Seher Haliloğlu ilə ailə həyatı qurub. Burada diqqət çəkən məqam isə Baş nazir Rəcəb Tayyib Ərdoğan və CHP-nin keçmiş sədri Deniz Baykalın da həmin məkanda olması olub. Ən əsası isə eyni stol arxasında əyləşiblər. Eyni masanı paylaşan 2 lider uzun müddət söhbət edib.

Bu mərasimə baş nazir Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan, CHP -nin keçmiş sədri Deniz Baykal, baş nazir müavini Mehmet Ali Şahin, TBMM sədr müavini Yılmaz Ateş, Gənclər və İdman Baş direktoru Mehmet Atalay, dünya rekordçusu Naim Süleymanoğlu və digər idman, siyasət dünyasının məşhur şəxsləri qatılıb.

Nikahda cütlüyün şahidliyini baş nazir Ərdoğan, CHP -in keçmiş lideri Baykal, baş nazirin köməkçisi Şahin və DYP-nin sədr müavini Saffet Arıkan Bedük edib.

Qazandığı uğurlar

Gənclər arasında dünya çempionu (1993),

Beş dəfə dünya çempionu (2003, 2001, 1999, 1998, 1994 - 1; 1995, 1993 - ikinci.)

Doqquz dəfə Avropa çempionu (2005, 2003, 2001, 2000, 1999, 1997, 1996, 1995, 1994),

Üç dəfə Olimpiya çempionu (2004, 2000, 1996),

Türkiyədə “1999-cu ilin idmançısı”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm