• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Naxçıvanda boks turniri keçirilib – VİDEO

  • İdman
  • 3 May 2014 14:47
  • 955 Baxış
Naxçıvanda boks turniri keçirilib – VİDEO

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Naxçıvanda boks turniri keçirilib.

Publika.az xəbər verir ki, turnir Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Boks Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib. 200-ə yaxın idmançının mübarizə apardığı turnirin qalibləri Ayxan Cavadlı (38 kq), Məhəmməd Novruzov (42), Ayxan Qubuşov (46), Kərim Babayev (48), Sərxan Əliyev (52), Nihad Quliyev (54), Kamil Qazıbəyov (56), Tayfur Əliyev (60), Arif Bayramov 64), Elmar Qasımov (69), Çingiz Cəfərov (75), Zəfər Ağamalıyev (81) və Rəvan Əliyev (91) olub. Təltifetmə mərasimində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov, federasiyanın sədri Məhərrəm Talıbov idmançıları diplom və qiymətli hədiyyələrlə mükafatalandırıblar. Sonda idmançılarla xatirə şəkili çəkilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR