“Roma”nı əzdi, “Yuventus”u çempion etdi – VİDEO
Bizi izləyin

İdman

“Roma”nı əzdi, “Yuventus”u çempion etdi – VİDEO

“Roma”nı əzdi, “Yuventus”u çempion etdi – VİDEO

Futbol üzrə İtaliya çempionatında 36-cı tura start verilib.

Publika.az xəbər verir ki, ilk oyun günündə altı görüş baş tutub.

Səfərdə "Kataniya" ilə qarşılaşan "Roma" ağır məğlubiyyətlə üzləşib. Nəticədə, lider "Yuventus" vaxtından öncə növbəti çempionluğuna qovuşub. Çünki Turin təmsilçisi qalan oyunlarında uduzsa belə, "Roma" bu rəqibinə çata bilməyəcək.

"Kyevo" evdə "Torino"ya uduzub. "Cenoa" - "Bolonya" görüşündə hesab açılmayıb. "Parma" "Sampdoriya"nı, "Udineze" isə "Livorno"nu məğlub yola salıb. "Milan" - "İnter" derbisində isə qələbə meydan sahiblərinə qismət olub.

Turun digər oyunları bu gün və sabah keçiriləcək.

İtaliya A Seriyası

36-cı tur

4 may

Kataniya - Roma - 4:1

Qollar: İsko, 26; 34, Berqessio, 55, Barrientos, 79 - Totti, 37.

Kyevo - Torino - 0:1

Qol: Sardo, 54-öz qapısına.

Cenoa - Bolonya - 0:0

Parma - Sampdoriya - 2:0

Qollar: Kassano, 8, Şelotto,90.

Udineze - Livorno - 5:3

Qollar: Di Natale, 19; 45, Badu, 21, Pereyra, 34, Silva, 44 - Paulinyo, 13; 29, Mesbah, 88.

Milan - İnter - 1:0

Qol: De Yonq, 65.

5 may

22:00. Latsio - Verona

6 may

00:00. Yuventus - Atalanta

Oxumağa davam et
Reklam
Reklam

Gündəm