Məşhur futbolçunun qızı öldü
Bizi izləyin

İdman

Məşhur futbolçunun qızı öldü

Məşhur futbolçunun qızı öldü

Məşhur tennisçi Yelena Baltaça vəfat edib.

Publika.az xəbər verir ki, 30 yaşlı tennisçi uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib. O, qaraciyər xərçəngindən əziyyət çəkirdi. Yelena məşhur sovet futbolçusu, vaxtilə Kiyev “Dinamo”sunun və SSRİ yığmasının şərəfini qorumuş Sergey Baltaçanın qızı idi. Onun anası da tanınmış idmançı olub. Olqa Baltaça SSRİ-ni beşnövçülükdə Olimpiadada təmsil edib.

Yelena 2010-cu ildə WTA-nın dünya reytinqində top-50-yə daxil olmuşdu. O, İTF-nin turnirlərində 11 dəfə qalib gəlmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm