Mafiya hədə-qorxu gəlir – Sizi ölüm gözləyir – FOTOLAR
Bizi izləyin

İdman

Mafiya hədə-qorxu gəlir – Sizi ölüm gözləyir – FOTOLAR

Mafiya hədə-qorxu gəlir – Sizi ölüm gözləyir – FOTOLAR

Braziliyada təşkil olunacaq dünya çempionatına az qalıb.

 

20-ci böyük futbol forumuna qatılacaq komandaların iştirak ərizələri hələ tam hazır olmasa da, əsas sütunlar bəllidi. Publika.az "Mundiala səyahət" layihəsi çərçivəsində  qrupları təqdim edir.  Bu dəfə C qrupundan söz açacağıq.

 

Favoriti bəlli olan müəmmalı "kvartet"

 

Çoxları Kolumbiya, Yunanıstan, Fil Dişi Sahili və Yaponiyadan ibarət "kvartet"in oyunlarının böyük maraq vəd etmədiyini düşünür. Ancaq nahaq, hər halda, Falkao və Droqbanın adı kifayətdi ki, onların şərəfini qoruduğu komandaların oyununu izləmək üçün ekran qarşısında əyləşəsən. Hələ asiyalıları demirik. Odu ki, indidən C qrupunu "mənasız" adlandırmayın. Baxarsız, maraqlı mübarizə olacaq.

 

Mafiyanın təzyiqi

 

Komandaların son bir neçə il ərzində göstərdiyi nəticələrə, sahib olduqları oyunçulara diqqət yetirsək, Kolumbiya millisinin rəqiblərinə nisbətən üstün olduğunu söyləyə bilərik. İlk dəfə 1962-ci ildə qitələrində (Çilidə) keçirilən mundiala qatılan kolumbiyalılar sonrakı illərdə üç dəfə bu uğura imza ata bilmişdilər. 1990, 1994, 1998-ci illərdə keçirilən dünya çempionatlarında ardıcıl olaraq iştirak edən cənubi amerikalılar ən yaxşı göstəricilərinə 24 il əvvəl - İtaliyadakı turnirdə 1/8 final mərhələsinə qədər irəliləməklə imza atmışdılar. 21-ci əsrin ilk onilliyində mundialları kənardan izləyən Kolumbiya millisi sonuncu seçmə mərhələdə inamlı çıxış etdi. "Sarı-mavilər" KONMEBOL-da yalnız argentinalılardan geri qalaraq budəfəki dünya çempionatına birbaşa vəsiqə qazandılar.

Radamel Falkao, Ceyms Rodriges, Karlos Bakka, Cekson Martinez, Fernando Kuintero, Kristian Zapata və başqa futbolçulara sahib olan Kolumbiya millisi mundialın təhlükəli rəqiblərindən hesab edilir. Bir neçə futbolçunun Avropanın nəhəng klublarının diqqət mərkəzində olması isə komanda üçün əlavə motivasiya yaradan amillərdən biridi. Hər kəs Xose Pekermanın yetirmələrindən seçmə mərhələdə qazandıqları uğurun, sərgilədikləri oyunların Braziliyada davamını gözləyirlər. Kolumbiyalıların FİFA-nın sıralamasında dördüncü olması turnirdə iştirak edən bütün komandalar üçün xəbərdarlıqdı.

Xəbərdarlıqdan söhbət düşmüşkən, hər kəsi təəssüfləndirəcək bir məqamı qeyd etməmək mümkün deyil. Kolumbiya mafiyası millinin oyunçularına dünya kubokunda tarixlərinin ən yaxşı nəticələrinə imza atmalı olduqlarını bildiriblər. Bu baş vermədikdə isə oyunçuları ölüm gözlədiyini bəyan ediblər. Maraq üçün qeyd edək ki, Kolumbiyada bu kimi hallar artıq adiləşib. 1994-cü ildə keçirilən mundialda ABŞ-la görüşdə avtoqol müəllifi olan Andres Eskobar turnirdən bir neçə gün sonra odlu silahla öldürülmüşdü. Sonrakı illərdə Alberiyo Usuryaqa, Elson Bekerra da mafiyanın növbəti qurbanlarına çevrilmişdilər.

 

Yunanların 3-cü cəhdi

 

Yunanıstan millisi isə dünya çempionatında ən az təcrübəyə sahib olan komandalardandı. İlk dəfə 1994-cü ildə ABŞ-da keçirilən dünya kubokunda iştirak edən yunanlar 2010-cu ildə CAR-a vəsiqə qazanmağa nail olmuşdular. Hər iki halda komanda qrup mərhələsini aşa bilməmişdi. 2004-cü ilin Avropa çempionları mundialın qalibi ola biləcək gücdə deyillər. Hətta onların qrup mərhələsini keçmələri belə sual altındadı. 2010-cu ildən Yunanıstan millisinin baş məşqçisi postunda çalışan Fernando Santuş 2012-ci ildə baş tutan Avropa çempionatında olduğu kimi qrup mərhələsini adlayacaqlarına ümid edir. Seçmə mərhələdə G qrupunda mübarizə aparan qədim Ellada təmsilçisi Bosniya və Herseqovina millisiylə eyni xal toplamasına rəğmən, şəxsi görüşlərin nəticəsinə görə ikinci pillədə məskunlaşmışdı. Pley-offda Ruminiya ilə qarşılaşan yunanlar iki oyunun nəticəsinə görə (3:1, 1:1) rəqibini məğlub edərək dünya çempionatına vəsiqə qazandı. Hər şeyə rəğmən, braziliyalı mütəxəssisin ixtiyarında təcrübəli futbolçu qıtlığı var. Yunan klublarının əcnəbi futbolçulara üstünlük verməsi və legioner həyatı yaşayan oyunçuların bir çoxunun oyun praktikası baxımından çətinlik çəkməsi Santuşa ciddi problem yarada bilər. Kostas Mitroğlu, Sokratis Papastatopulos və Georgios Karaqunis komandanın liderlərindən hesab edilirlər. 37 yaşlı Karaqunis üçün mundial karyerasındakı sonuncu böyük turnir, digər futbolçular üçün karyerlarında dönüş etmək baxımından yaxşı şans olacaq.

 

Təcrübəli "fillər"

 

Fil Dişi Sahili millisi tarixində üçüncü dəfə dünya çempionatında iştirak edəcək. DÇ-2006 və DÇ-2010-da mübarizəni qrup mərhələsində dayandıran afrikalılar bu dəfə daha yaxşı nəticəyə ümid edirlər. Sabri Lyamuşinin başçılıq etdiyi komandada xeyli sayda təcrübəli futbolçunun olması afrikalıları sevindirməyə bilməz. Didye Droqba, Seydu Dumbiya, Jervinyo, Salomon Kalu və başqalarından ibarət hücum xəttini Romarik, Şeyk Tiyote, Didye Zokora və Yaya Ture kimi mərkəz oyunçuları topla təmin etməyə çalışacaq. Müdafiə xəttinə isə Kolo Ture, Artur Boka, Konstant Cakpa, Bris Dedye kimi futbolçular nəzarət edəcək. Artıq uzun müddətdi ki, bu heyətlə mübarizə aparan afrikalılar bu dəfə uğur qazanmaq niyyətindədilər. Belə bir qrupda yer almaları isə onlara istəklərinə çatmaq üçün şərait yaradır. Seçmə mərhələdə Mərakeş, Tanzaniya və Qambiya ilə eyni qrupda yer alan Lyamuşinin yetirmələri məğlubiyyət acısı dadmadan növbəti mərhələyə yüksəlib. Pley-offda Seneqal (3:1, 1:1) səddini də aşan FDS dünya kubokuna qatılan beş "qara qitə" təmsilçisindən biridi.

 

Zakkeroninin "samuraylar"ı

 

Son dörd mundialın daimi iştirakçılarından olan Yaponiya millisi bu dəfə də böyük futbol forumundan kənarda qalmayacaq. İştirak etdiyi turnirlərdən yalnız ikisində qrup mərhələsini adlamağa müvəffəq olan yaponlar hər iki cəhddə 1/8 final mərhələsinə qədər irəliləməyə nail olmuşdular. Son illərdə yapon futbolunda baş verən dəyişikliklər bu ölkədə idmanın şahına olan marağın artmasına səbəb olub. Dördqat Asiya çempionu olan Yaponiyada son illər ərzində klubların büdcələri artırılıb. Bunun nəticəsində bir neçə ulduz futbolçu ölkə çempionatında iştirak etməyə başlayıb. Eyni zamanda, legioner həyatı yaşayan futbolçuların sayında da artım müşayiət olunur. Məhz həmin oyunçular milli komandanın əsas heyətini təşkil edirlər. Yuta Naqatomo, Maya Yoşida, Atsuto Uçida, Hiroki və Qotou Sakayo qardaşları müdafiə, Makoto Hasebe, Şindzi Kaqava, Keysuke Honda, Hayme Hosaqayi, Hiroşi Kiyotake isə yarımmüdaiə xəttində yer alacaq. Alberto Zakkeronini narahat edən məqam isə hücum xəttinin zəif olmasıdı. Şindzi Okazaki və Takaşi Ynuyun vacib oyunlarda onlara bəslənən ümidləri doğrultmaması italyan mütəxəssisin Kaqavanı hücum xəttində oynatmasına səbəb olub. Seçmə mərhələ oyunları zamanı ilk iki raunddan azad olan "samuraylar" üçüncü mərhələdə C qrupunda Tacikistan, Şimali Koreya və Özbəkistanla mübarizədə sonunculardan geri qalmasına rəğmən, qrup ikincisi kimi növbəti mərhələyə adlaya bildi. Sonuncu mərhələdə isə Avstraliya, Oman, İraq və İordaniyaya aman verməyən Zakkeroninin yetirmələri dünya kubokuna birbaşa vəsiqə qazanmağa müvəffəq oldu.

 

C qrupu

Kolumbiya

Yunanıstan

Fil Dişi Sahili

Yaponiya

Təqvim

14 iyun

21:00 Kolumbiya - Yunanıstan (Belu-Orizonti)

06:00 Fil Dişi Sahili - Yaponiya (Resifi)

19 iyun

20:00 Kolumbiya - Fil Dişi Sahili (Braziliya)

03:00 Yaponiya - Yunanıstan (Natal)

25 iyun

01:00 Yaponiya - Kolumbiya (Kuyaba)

01:00 Yunanıstan - Fil Dişi Sahili (Fortaleza)

 

Kolumbiya

Qitə: Cənubi Amerika

FİFA reytinqi: 4

Baş məşqçi: Xose Nestor Pekerman

Yaranma ili: 1924

FİFA üzvü:      1936

Ölkə ərazisi: 1141748 kv km

Əhalisi: 45,7 milyon nəfər

Paytaxtı: Boqota

DÇ-lərdə: 4

Cənubi Amerika kubokunda: 19

Qalib: 1 (2001)

Finalçı: 1 (1975)

 

Bütün dövrlərdə

Ən çox oyun keçirənlər: Karlos Valderrama (111), Leonel Alvares (101), Mario Yepes (97).

Ən çox qol vuranlar: Arnoldo İquaran (25), Faustino Asprilya (20), Radamel Falkao (19).

Cənubi Amerikada ilin oyunçusu: Karlos Valderrama (1987, 1993).

İndiki yığmada

Ən çox oyun keçirənlər: Mario Yepes (94), Luis Perea (73), Fərid Mondraqon (51).

Ən çox qol vuranlar: Radamel Falkao (19), Teofilo Qutyerres (11), Cekson Martines (8).

 

DÇ-2014. Seçmə tsikl

2011-ci il

11 oktyabr. Boliviya - Kolumbiya 1:2

11 noyabr. Kolumbiya - Venesuela 1:1

15 noyabr. Kolumbiya - Argentina 1:2

2012-ci il

3 iyun. Peru - Kolumbiya 0:1

10 iyun. Ekvador - Kolumbiya 1:0

7 sentyabr. Kolumbiya - Uruqvay 4:0

11 sentyabr. Çili - Kolumbiya 1:3

12 oktyabr. Kolumbiya - Paraqvay 2:0

2013-cü il

22 mart. Kolumbiya - Boliviya 5:0

26 mart. Venesuela - Kolumbiya 1:0

7 iyun. Argentina - Kolumbiya 0:0

11 iyun. Kolumbiya - Peru 2:0

6 sentyabr. Kolumbiya - Ekvador 1:0

10 sentyabr. Uruqvay - Kolumbiya 2:0

11 oktyabr. Kolumbiya - Çili 3:3

15 oktyabr. Paraqvay - Kolumbiya 1:2

 

Yunanıstan

 

Qitə: Avropa

FİFA reytinqi: 10

Baş məşqçi: Fernando Santuş

Yaranma ili: 1926

FİFA üzvü:      1927

Ölkə ərazisi: 131957 kv km

Əhalisi: 10,8 milyon nəfər

Paytaxtı: Afina

DÇ-lərdə: 2

AÇ-lərdə: 4

Qalib: 1 (2004)

 

Bütün dövrlərdə

Ən çox oyun keçirənlər: Georgios Karaqunis (131), Teodoras Zaqorakis (120), Kostas Katsuranis (108).

Ən çox qol vuranlar: Nikos Anastopulos (29), Anqelos Xaristeas (25), Teofanis Gekas (24).

İndiki yığmada

Ən çox oyun keçirənlər: Georgios Karaqunis (131), Kostas Katsuranis (108), Dimitris Salpinqidis (72).

Ən çox qol vuranlar: Teofanis Gekas (24), Dimitris Salpinqidis (13), Georgios Karaqunis (10).

 

DÇ-2014. Seçmə tsikl

G qrupu

2012-ci il

7 sentyabr. Latviya - Yunanıstan 1:2

11 sentyabr. Yunanıstan - Litva 2:0

12 oktyabr. Yunanıstan - Bosniya və Herseqovina 0:0

16 oktyabr. Slovakiya - Yunanıstan 0:1

2013-cü il

22 mart. Bosniya və Herseqovina - Yunanıstan 3:1

7 iyun. Litva - Yunanıstan 0:1

6 sentyabr. Lixtenşteyn - Yunanıstan 0:1

10 sentyabr. Yunanıstan - Latviya 1:0

11 oktyabr. Yunanıstan - Slovakiya 1:0

15 oktyabr. Yunanıstan - Lixtenşteyn 2:0

Pley-off

15 noyabr. Yunanıstan - Rumıniya 3:1

19 noyabr. Rumıniya - Yunanıstan 1:1

 

Fil Dişi Sahili

Qitə: Afrika

FİFA reytinqi: 21

Baş məşqçi: Sabri Lyamuşi

Yaranma ili: 1960

FİFA üzvü:      1964

Ölkə ərazisi: 322460 kv km

Əhalisi: 22 milyon nəfər

Paytaxtı: Abican

DÇ-lərdə: 2

Afrika Millətlər Kuboku: 20

Qalib: 1992

 

Bütün dövrlərdə

Ən çox oyun keçirənlər: Didye Zokora (115), Kolo Ture (106), Didye Droqba (98).

Ən çox qol vuranlar: Didye Droqba (62), İbraima Bakayoko (30), Salomon Kalu (21).

İndiki yığmada

Ən çox oyun keçirənlər: Didye Zokora (115), Kolo Ture (106), Didye Droqba (98).

Ən çox qol vuranlar: Didye Droqba (62), Salomon Kalu (21), Yaya Ture (16).

 

DÇ-2014. Seçmə tsikl

C qrupu

2012-ci il

3 iyun. Fil Dişi Sahili - Tanzaniya 2:0

9 iyun. Mərakeş - Fil Dişi Sahili 2:2

2013-cü il

23 mart. Fil Dişi Sahili - Qambiya 3:0

8 iyun. Qambiya - Fil Dişi Sahili 0:3

16 iyun. Tanzaniya - Fil Dişi Sahili 2:4

7 sentyabr. Fil Dişi Sahili - Mərakeş 1:1

Pley-off

12 oktyabr. Fil Dişi Sahili - Seneqal 3:1

16 noyabr. Seneqal - Fil Dişi Sahili 1:1

 

Yaponiya

Qitə: Asiya

FİFA reytinqi: 47

Baş məşqçi: Alberto Zakkeroni

Yaranma ili: 1921

FİFA üzvü:      1929

Ölkə ərazisi: 377944 kv km

Əhalisi: 127 milyon nəfər

Paytaxtı: Tokio

DÇ-lərdə: 4

Ən yaxşı nəticəsi: 1/8 final (2002, 2010)

Asiya kuboku: 7

Qalib: 4 (1992, 2000, 2004, 2011)

 

Bütün dövrlərdə

Ən çox oyun keçirənlər: Yasuxito Endo (135), Masami İxara (122), Yosikatsu Kavaquti (116).

Ən çox qol vuranlar: Kunisiqe Kamamoto (80), Kazuyosi Miura (55), Xiromi Xara (38).

İndiki yığmada

Ən çox oyun keçirənlər: Yasuxito Endo (135), Yuiti Komano (78), Yasuyuki Konno (73).

Ən çox qol vuranlar: Sindzi Okazaki (35), Keysuke Honda (17), Şindzi Kaqava (15).

 

DÇ-2014. Seçmə tsikl

1-ci qrup mərhələsi

C qrupu

2011-ci il

2 sentyabr. Yaponiya - KNDR 1:0

6 sentyabr. Özbəkistan - Yaponiya 1:1

11 oktyabr. Yaponiya - Tacikistan 8:0

11 noyabr. Tacikistan - Yaponiya 0:4

15 noyabr. KNDR - Yaponiya 1:0

2012-ci il

29 fevral. Yaponiya - Özbəkistan 0:1

2-ci qrup mərhələsi

B qrupu

3 iyun. Yaponiya - Oman 3:0

8 iyun. Yaponiya - İordaniya 6:0

12 iyun. Avstraliya - Yaponiya 1:1

11 sentyabr. Yaponiya - İraq 1:0

14 noyabr. Oman - Yaponiya 1:2

2013-cü il

26 mart. İordaniya - Yaponiya 2:1

4 iyun. Yaponiya - Avstraliya 1:1

11 iyun. İraq - Yaponiya 0:1

Natiq 

Oxumağa davam et
Reklam
Reklam

Gündəm