“Heç bir vəzifəm yoxdur, təklif də gəlməyib”- Onun Türkiyədə nə işi var?
Bizi izləyin

İdman

“Heç bir vəzifəm yoxdur, təklif də gəlməyib”- Onun Türkiyədə nə işi var?

“Heç bir vəzifəm yoxdur, təklif də gəlməyib”

Ağasəlim Mircavadovun yeni iş yeri barədə məlumat vermişdik.

Mətbuatda yayılan məlumata görə, “Xəzər Lənkəran”dan ayrıldıqdan sonra işsiz qalan təcrübəli futbol adamı bundan sonra U-21 yığmasında məsləhətçi postunda çalışacaq.

O, hazırda Antalyada təlim-məşq toplanışında olan millinin düşərgəsindədir.

Bundan əlavə, Mircavadovun U-21 yığmasının baş məşqçi postuna gətirilməsi ehtimalı da var.

Məsələ ilə bağlı A.Mircavadovun özü ilə əlaqə saxladıq. Publika.Az-a danışan mütəxəsis U-21-in tərkibində heç bir vəzifə almadığını bildirdi:

“ Xeyr, məsləhətçi kimi yox, sadəcə köməyə gəlmişəm. Hazırda komanda ilə birlikdə Antalyadayam. Sağ olsunlar, mənə qiymət verib çağırıblar. Burada mənim heç bir vəzifəm yoxdur, təklif də gəlməyib.

Baş məşqçi kimi U-21-ə gələcəyim xəbəri də tamamən yanlışdır. Burada çalışan azərbaycanlı mütəxəssislər də, Adams da öz vəzifəsinin öhdəsindən yaxşı gəlir”.

Ağasəlim Mircavadov “Baş məşqçi kimi, sizə təklif gələrsə cavabınız necə olar?”- sualına isə belə cavab verdi:

“Ortada heç nə yoxdur. Olsaydı, özüm sizə açıqlayardım”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm