İdmançılarımız Finlandiyada haqsızlıqla üzləşdi - FOTOLAR
Bizi izləyin

İdman

İdmançılarımız Finlandiyada haqsızlıqla üzləşdi - FOTOLAR

İdmançılarımız Finlandiyada haqsızlıqla üzləşdi - FOTOLAR

Azərbaycan karate üzrə milli komandası Finlandiyanın Tampere şəhərində 39-cu Avropa çempionatının qalibi olub.

Baş məşqçi Rəhman Hətəmov və köməkçisi Rəşad Hüseynovun rəhbərliyi ilə Asiman Qurbanlı, Niyazi Əliyev, Tural Ağalarzadə, Şahin Atamov, Rafiz Həsənov və Ayxan Mamayevdən ibarət milli komandamız çempionluq yolunda 4 güclü rəqibinə qalib gəlib. Publika.Az xəbər verir ki, yığma komandamız Latviyanı 3-0, Serbiyanı 2-1, yarımfinalda isə Hollandiyanı 2-0 hesabı ilə məğlub edib. Bundan sonra idmançılarımız finalda favoritlərdən olan Türkiyəli rəqiblərini udub. Bununla da tarixində ilk dəfə komanda kumite yarışlarının Avropa çempionu olublar.

Fərdi kumite yarışlarında Şahin Atamov (-84 kq) və Niyazi Əliyev (-67 kq) gümüş medalları, Nuranə Əliyevanın isə (-50 kq) bürünc mükafatı ilə birlikdə ümumi nəticədə Azərbaycan 4-cü pillədə qərarlaşıb.

Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, final görüşlərində hakim haqsızlığı nəticəsində Şahin Atamov Türkiyəli Erkan Enesə 0-2 hesabı ilə uduzdurulub. Niyazi Əliyevin britaniyalı Tomas Cordanla döyüşü 1-1 hesabı ilə başa çatsa da, hakimlərin rəyi ilə rəqibi çempion elan ediblər.

Qeyd edək ki, milli komandamız mayın 6-da vətənə dönəcək.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm