Naxçıvanda beynəlxalq festival
Bizi izləyin

İdman

Naxçıvanda beynəlxalq festival

Naxçıvanda beynəlxalq festival

Naxçıvan şəhərində Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş, ənənəvi "Naxçıvan Open 2014" beynəlxalq şahmat festivalında ilk turun görüşləri baş tutub.

Publika.az xəbər verir ki, yarış iştirakçıları əvvəlcə beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Festivalının baş hakimi Faiq Həsənov yarışın qaydaları barədə iştirakçılara məlumat verib. “A” turnirində 1-ci oyundan sonra 23 nəfərin , o cümlədən 9 nəfər Azərbaycan şahmatçılarının -beynəlxalq qrossmeysterlər Eltac Səfərli, Nicat Abasov, Vüqar Rəsulov və beynəlxalq ustalar - Zaur Məmmədov, Bəhruz Rzayev, Nicat Ağayev, Kamal Ağasıyev, Misrətdin İsgəndərov, Loğman Quliyevin 1 xalı var. Digər şahmatçılarımız, Rauf Məmmədov, Nərmin Kazımova, Urfan Sevdimalıyev və İsmayıl Şahəliyev aktivlərinə 0.5 xal yaza biliblər.

8 ölkədən 295 şahmatçının iştirak etdiyi turnir isveçrə sistemi üzrə 9 turdan ibarət keçirilir və mayın 13-də başa çatacaq.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm