İdman
Foqtsun Almaniyada tapdığı “azərbaycanlı” Dmitri kimdi?
Berti Foqts yığmanın ABŞ-la yoxlama oyununa yeni futbolçu dəvət edib.
Publika.az xəbər verir ki, Almaniyanın "Karlsruher" klubundan hücumçu Dmitri Nazarov yığmamızın toplanışında iştirak edəcək. Əslində Dmitri ötən ilin oktyabrında millimizə çağırılmışdı. Lakin həmin vaxt iki gün ölkəmizdə qalsa da, müəmaalı şəkildə geri dönmüşdü. AFFA onun zədəli olduğunu açıqlamışdı. 1990-cı ilin 4 aprelində Qazaxıstanın Krasnoarmeysk şəhərində anadan olan Dmitri Nazarov Almaniya futbolunun yetirməsi sayılır. Belə ki, 24 yaşlı hücumçunun karyerası yığmamızın baş məşqçisi Berti Foqtsun vətəni ilə bağlıdır. Uşaq illərində “Vormatia Vorms” komandasında oynayan Nazarov sonradan məşhur “Kayzerslautern”in skautlarının diqqət mərkəzinə düşüb. O, 2009/10 mövsümündə bu klubun U-23 komandası ilə Regional Liqada 22 oyuna çıxıb və 2 qol vurub.
Növbəti mövsüm Cənub Regional Liqasında çıxış edən Frankfurt "Ayntarxt"nın U-23 komandasına üz tutan Nazarov burda 2 mövsüm keçirib və 39 oyunda 11 qola imza atıb. Hücumçu 2012/13 mövsümündə 3-cü liqada çıxış edən “Prussen Münster”ə transfer olunub. Burada o, 38 oyuna çıxıb və 7 qol vurub.
Dmitri yayda II Bundesliqada çıxış edən "Karlsruher"ə keçib. İndiyədək çempionatda 25 oyuna çıxıb və 6 qola imza atıb. Millimizə dəvə olunan futbolçu bu mövsüm 3 sarı və 1 qırmızı vərəqə alıb. Son turda "Fortuna" ilə oyunda 29 dəqiqə oynayan hücumçu son qolunu martın 29-da "Kayzerslautern"ə vurub.
"Transfermarkt" ona 500 min avro qiymət qoyub.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK