İdman
"Qəbələ" Türkiyə klubunu darmadağın etdi
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası qonşu ölkədə 3-cü yoxlama oyununu keçirib.
Publika.az-ın klubun rəsmi saytına istinadən yaydığı
xəbərə görə, "Qırmızı-qaralar"ın təlim-məşq toplanışındakı son
rəqibi yerli "Kunduspor" olub.
"Qəbələ" matça aşağıdakı "11-lik"lə başlayıb: Elməddin Sultanov,
Tural Əjdərli, Faiq Hacıyev, Osman Soltanov, Güləli Mehrəliyev,
İlkin Abdullayev, Vüsal Mustafayev, Tunar Mütəllimov, Məhəmməd
Abbaslı, Rüstəm Nuruyev, Kamran Quliyev.
Qarşılaşma "Qəbələ"nin aşkar üstünlüyü ilə keçib. U-19 Türkiyə
komandasının qapısından 5 cavabsız qol keçirib. Bu qollardan
ikisinə Faiq Hacıyev imza atıb. Rüstəm Nuruyev, Kamran Quliyev və
Məhəmməd Abbaslı isə hərəyə 1 dəfə fərqləniblər.
Yanvarın 8-dən Antalyada toplanışda olan "Qəbələ" hazırlıqlarını bu
oyunla yekunlaşdırıb. Təmsilçimiz bunadək keçirdiyi ilk iki oyunda
"Qartalspor"a 3:1 hesabı ilə qalib gəlib və "Antalyaspor"a 1:2
hesabı ilə uduzmuşdu.
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu