Ana söyüşünə görə dalaşan Kamranı ağır cəza gözləyir
Bizi izləyin

İdman

Ana söyüşünə görə dalaşan Kamranı ağır cəza gözləyir

"Benfika" - "Boavişta" oyunundan sonra millimizin qapıçısı Kamran Ağayevin iştirakı ilə insident yaşanıb.

Dünən Portuqaliya Premyer Liqasının XVII turundə "Benfika" - "Boavişta" (3:3) oyunundan sonra millimizin qapıçısı Kamran Ağayevin iştirakı ilə insident yaşanıb.

Publika.az qafqazinfo-ya istinadən xəbər verir ki, oyunun 75-ci dəqiqəsində sarı vərəqə alan Ağayev insidentin əsas iştirakçısı olduğu üçün matç başa çatdıqdan sonra baş hakim Luiş Ferreyra tərəfindən ikinci "sarı" ilə cəzalandırılıb.

Bununda da, Ağayevin komandasının növbəti oyununda iştirak etməyəcəyi dəqiqləşib. Portuqaliya Futbol Federasiyasının oyunda qeydə alınan vərəqələrə görə hər iki klubu cəzalandıracağı dəqiqdir. İnsidentin əsas iştirakçısı olan Ağayevə əlavə cəza veriləcəyi də gündəmdədir.

Qeyd edək ki, Ağayev oyun başa çatdıqdan sonra "Benfika"nın ehtiyatda olan futbolçuları ilə dalaşıb. Millimizin digər üzvü Emin Mahmudov və komanda yoldaşları Kamranı güclə sakitləşdiriblər. Ehtimal edilir ki, "Benfika"nın ehtiyatda qalan futbolçularından biri ona ana söyüşü söyüb.

Xatırladaq ki, "Benfika" ilə oyunun gedişində 3:0 hesabı ilə öndə olmasına baxmayaraq, yekunda "Boavişta" meydandan 1 xalla ayrılıb - 3:3.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm