Robbendən yeni müqavilə
Bizi izləyin

İdman

Robbendən yeni müqavilə

Yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Almaniyanın "Bavariya" klubu futbolçu Aryen Robbenlə müqavilə müddətini artırıb.

Publika.az "Report"a istinadən xəbər verir ki, hollandiyalı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

33 yaşlı futbolçu komandada daha bir il çıxış edəcəyi üçün xoşbəxt olduğunu bildirib. O, çıxışını yüksək səviyyədə davam etdirmək istədiyini deyib.

Qeyd edək ki, Aryen Robben "Bavariya"ya 2009-cu ildə İspaniya "Real Madrid"indən transfer olunub. O, cari mövsümdə komandanın heyətində 14 oyun keçirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm