"Neftçi" Rusiya klubu ilə heç-heçə etdi
Bizi izləyin

İdman

"Neftçi" Rusiya klubu ilə heç-heçə etdi

Türkiyənin Antalya şəhərində qış hazırlığını davam etdirən "Neftçi" bu gün növbəti yoxlama görüşünü keçirib.

Türkiyənin Antalya şəhərində qış hazırlığını davam etdirən "Neftçi" bu gün növbəti yoxlama görüşünü keçirib.

"Report"un məlumatına görə, “ağ-qaralar” Rusiyanın “Tosno” klubu ilə üz-üzə gəliblər. Bu, paytaxt təmsilçisinin Antalyadakı 4-cü oyunu olub. Buna qədər Türkiyənin "Sivasspor" komandası ilə qolsuz heç-heçəyə razılaşan Elxan Abdullayevin rəhbərlik etdiyi komanda ardınca Özbəkistan "Nasaf"ına 0:1, Albaniyanın "Kukesi" klubuna isə 2:4 hesabı ilə məğlub olub.

Bakı vaxtı ilə saat 18:00-da "Bellis Deluxe” otelinin meydançasında baş tutan görüş 2:2 hesabı ilə başa çatıb. "Ağ-qaralar"ın heyətində qolları oyunun 18-ci dəqiqəsində Kardozo və 90-cı dəqiqədə penaltidən Murad Ağayev vurub.

Yoxlama görüşü

17 yanvar

"Neftçi" - "Tosno" - 2:2

Antalya. "Bellis Deluxe" otelinin meydançası

"Ağ-qaralar" yanvarın 4-dən start götürən Türkiyə toplanışına ayın 21-də yekun vuracaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm