Olimpiya medalçılarımızın adları Rio Divarlarında - - VİDEO
Bizi izləyin

İdman

Olimpiya medalçılarımızın adları Rio Divarlarında - - VİDEO

Belə ənənə 2014-cü il Soçi Qış Olimpiya Oyunlarından sonra ortaya çıxıb.

Braziliyanın Rio-de-Janeyro şəhərində 2016-cı il Yay Olimpiya və Paralimpiya Oyunları medalçılarının şərəfinə Çempionlar Divarlarının açılış mərasimi keçirilib.

Sportnet.az-ın "Inside the Games"ə istinadən məlumatına görə, Olimpiya Parkındakı divarda ötənilki Oyunların bütün 2568 medalçısının adları həkk olunub.

Belə ənənə 2014-cü il Soçi Qış Olimpiya Oyunlarından sonra ortaya çıxıb.

Qeyd edək ki, Azərbaycan millisi "Rio-2016" Yay Olimpiya Oyunlarında 18 medal (1 qızıl, 7 gümüş və 10 bürünc), Paralimpiya Oyunlarında isə 11 medal (1 qızıl, 8 gümüş və 2 bürünc) qazanıb. Azərbaycan yığması olimpiadada medalların əyarına görə 206 dövlət sırasında 39-cu, medalların sayına görə isə 15-ci yeri tutub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm