AMANSIZ ZƏDƏ: 25 yaşında karyerasını başa vurdu
Bizi izləyin

İdman

AMANSIZ ZƏDƏ: 25 yaşında karyerasını başa vurdu

Təəssüf ki, topuğumun durumu futbol oynamağa imkan vermir.

Fransanın adlı-sanlı klublarından "Lion"un şərəfini qoruyan 25 yaşlı yarımmüdafiəçi Qeida Fofana karyerasını başa vurmalı olub.

Publika.az xəbər verir ki, futbolçu bunu xroniki zədəylə əlaqələndirib. O, klubun heyətində son matçını 23 may 2015-ci ildə "Renn"ə qarşı keçirib. Bundan sonra uzun müddət reabilitasiya keçən gənc futbolçu "Lion"un rəsmi saytına bunları deyib:

"Mümkün olan hər şeyi etdim. Təəssüf ki, topuğumun durumu futbol oynamağa imkan vermir. Klub prezidenti ilə görüşdüm. O, mənə burda qalmağı təklif etdi. Futboldan kənar başqa təkliflərim də var. Fəaliyyətimi "Lion"da davam etdirmək variantını da nəzərdən keçirəcəm. Son qərarımı yaxın zamanda verəcəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm