İdman
“Bavariya”ya “yox” dedi, “Real”dan zəng gözləyir
Dortmund “Borussiya”sının hücumçusu Pyerr-Emerik Obameyanq “Bavariya”nın təklifinə münasibət bildirib.
Apasport.az saytı xəbər verir ki, qabonlu forvard Münhen klubuna heç vaxt keçməyəcəyini söyləyib.
Ulduz futbolçu “Bavariya”ya keçərək “Borussiya” azarkeşlərinə hörmətsizlik etmək istəmir: “Əsla “Bavariya”ya getməyəcəm. Əks təqdirdə “Borussiya” azarkeşləri çox üzülərlər. Mənə nə qədər pul təklif etsələr, yenə fikrim dəyişməyəcəm”.
27 yaşlı futbolçu “Real”da oynamaq arzusunu bir daha vurğulayıb: “Dortmundu sevirəm, burda 2 il də qala bilərəm, 5 il də. Mövsümün sonunda da ayrıla bilərəm. Əgər bir gün “Real”dan zəng gəlsə, düşünərəm, gəlməsə də problem deyil”.
Qeyd edək ki, Obameyanq bu mövsüm meydana çıxdığı 22 oyunda 20 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
-
Nida Xəbər 17:13
Baş nazir bu qaydaları təsdiqlədi
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək