"Liverpul" autsayderə uduzdu - - VİDEO
Bizi izləyin

İdman

"Liverpul" autsayderə uduzdu - - VİDEO

7 oyunluq məğlubiyyətsizlik seriyası bitdi.

"Liverpul" futbol üzrə İngiltərə çempionatının 22-ci turunda keçirdiyi ev oyununda gözlənilmədən "Suonsi"yə 2:3 hesabı ilə məğlub olub.

Publika.az xəbər verir ki, bu oyun "Liverpul"un İngiltərə çempionatında 7 matçlıq məğlubiyyətsizlik seriyasına son qoyub. Komanda turnir cədvəlində 22 xal ilə üçüncü yerdə gedir, "Suonsi" (18) qələbə sayəsində 17-ci pilləyə qalxıb.

“Mersisaydlar” yanvarın 31-də keçiriləcək növbəti turda öz meydanında "Çelsi"ni, "Suonsi" isə "Sautqempton"u qəbul edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm