"Formula-1"də yeni icraçı direktor
Bizi izləyin

İdman

"Formula-1"də yeni icraçı direktor

Berni Ekklstoun "Formula-1"in icraçı direktoru vəzifəsindən getdi.

Berni Ekklstoun "Formula-1"in icraçı direktoru vəzifəsindən getdiyini bəyan edib.

"Report" xəbər verir ki, onun sözlərinə görə, sözügedən vəzifə Çeyz Keriyə həvalə olunub.

"Mənim yeni vəzifəm? Bu, Amerika terminidir, bir növ fəxri prezident kimi vəzifədir. Mən bunun nə demək olduğunu bilmirəm", - deyə "Auto motor und sport" "Formula-1"in sabiq rəhbərinin sözlərini sitat gətirib.

Qeyd edək ki, 87 yaşlı Berni Ekklstoun "Formula-1"ə 40 ildir rəhbərlik edir. 2016-cı ilin sentyabrında şirkətin səhmlərinə "Liberty Media" korporasiyası sahib çıxıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm