Ukraynadakı hadisələr Kliçkonun toyunu təxirə saldı
Bizi izləyin

İdman

Ukraynadakı hadisələr Kliçkonun toyunu təxirə saldı

Ukraynadakı hadisələr Kliçkonun toyunu təxirə saldı

Məşhur ukraynalı boksçu Vladimir Kliçkonun toyu təxirə salınıb.

Publika.az xəbər verir ki, buna Ukraynadakı hadisələr səbəb olub. WBA, IBF və WBO versiyaları üzrə dünya çempionu amerikalı aktrisa Heyden Panetter ilə nigaha girməyə hazırlaşırdı.

Cütlüyün tanışlığı 2009-cu ildən başlayır. 2011-ci ilin mayında ayrılan cütlük 2012-ci ildə münasibətlərini yenidən bərpa edib. 2013-cü ilin oktyabrında isə boksçu ilə aktrisanın nişanlandığı məlum olub.

Panetter mətbuata verdiyi açıqlamada toyun təxirə salınmasına şərh verib: “Təbii ki, Ukraynada baş verənlər Kliçko ilə mənim planlarıma təsir edir. Ancaq eybi yox, bizim vaxtımız var”.

Qeyd edək ki, kiçik Kliçkonun qardaşı, “Udar” partiyasının lideri 42 yaşlı Vitali 25 mayda keçiriləcək seçkilərdə Kiyev meri postuna namizədliyini irəli sürüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm