“Formula 1”-in Bakıda keçiriləcəyi məkan – Sultan burnu - FOTO
Bizi izləyin

İdman

“Formula 1”-in Bakıda keçiriləcəyi məkan – Sultan burnu - FOTO

“Formula 1”-in Bakıda keçiriləcəyi məkan – Sultan burnu - FOTO

Bakıda “Formula 1” yarışının keçiriləcəyi məkan müəyyənləşib.

Publika.az xəbər verir ki, bunun üçün Bakının qərb hissəsində yerləşən Sultan burnu seçilib. Məhz burada Bakı bulvarı yekunlaşır. Avtodroma giriş yolu Zığ hava limanından olacaq. Uzunluğu 5160 m və 60 dairədən ibarət, ümumi uzunluğu 309 km olan avtodrom “Formula 1” yarışlarının reqlamentinə tam uyğundur.

Kompleksdə park yerləri, tribunalar, pit-stop, qaraj, təmir emalatxanaları, mətbuat mərkəzi də nəzərə alınıb. Yarışda iştirak edəcək idmançıların rahatlığını təmin etmək üçün mehmanxananın tikilməsi də nəzərdə tutulub.

Həmçinin, Sultan burnunun bitəcəyi yerdə yaxt-klub layihələndirilib ki, bu da su nəqliyyatının fəaliyyətinə imkan yaradacaq və turnirin keçirildiyi zaman və turnirdən kənar vaxtlarda sərnişinlərin daşınmasına imkan yaradacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm