“Hafka”nın komandasında qiyam – Pulumuzu verin
Bizi izləyin

İdman

“Hafka”nın komandasında qiyam – Pulumuzu verin

“Hafka”nın komandasında qiyam – Pulumuzu verin

İş adamı Hafiz Məmmədovun biznesinin iflasa uğradığı barədə məlumat vermişdik.

Publika.az-da dərc olunan “Azərbaycanlı oliqarx niyə müflisləşdi?” başlıqlı yazıda onu da qeyd etmişdik ki, (http://publika.az/p/18334) Hafiz Məmmədovun sahibi olduğu “Bakı” futbol klubunda 4 aydır məvacib ala bilməyən futbolçular qiyama hazırlaşırlar. Publika.az xəbər verir ki, artıq qiyam başlayıb. Bu gün Qəbələdə “Qəbələ” ilə qarşılaşacaq “Bakı”nın futbolçuları dünən keçirilən məşqə çıxmaqdan imtina ediblər. Bu barədə məlumatı sportinfo.az saytı yayıb. Futbolçular “Qəbələ” ilə oyuna çıxmayacaqlarını bildiriblər. Qiyamçıları yola gətirə bilməyən klub rəhbərliyinin Qəbələyə gənc oyunçularla yollandığı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm