“Borussiya”nın türk əsilli ulduzu Krımda - FOTO
Bizi izləyin

İdman

“Borussiya”nın türk əsilli ulduzu Krımda - FOTO

“Borussiya”nın türk əsilli ulduzu Krımda - FOTO

Dortmund “Borussiya”sının türk əsilli ulduzu İlkay Gündoğanın Krımda bərpa kursu keçəcəyi ilə bağlı məlumat vermişdik.

Ancaq həmin vaxt klub rəhbərliyi bu tip xəbərləri təkzib etmişdi. Publika.az xəbər verir ki, İlkayın Krımda müalicə olunduğu təsdiqini tapıb. Gündoğan Ukrayna Müdafiə Nazirliyinə məxsus uşaq kliniki istirahət mərkəzində bərpa kursu keçib. Məlumatı mərkəzin direktoru Yuri Ponomarenko təsdiqləyib:

“Gündoğan bizim mərkəz barədə məlumatı internetdən alıb. Üstəlik, onun tanışlarından da kimsə burda istirahət edibmiş. Qeyd edim ki, o, bura gəlmək qərarını dərhal vermədi. Uzun müddət götür-qoy etdi. Burda nələr etdiyimizlə maraqlandı. Sonra 2 gün fikirləşmək üçün vaxt istədi və gəldi. Biz onu xüsusi nəzarətə götürdük. Çünki onun sadə adam olmadığını anlayırdıq. Burdan gedərkən hər şeydən razı qaldığını bildirdi. İlkay Krımda 24 gün qaldı”.

“Borussiya” rəhbərliyi Rusiyanın adaya müdaxiləsindənsonra Gündoğanın Krıma getməsini siyasi qalmaqal yaranmaması üçün gizli saxlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm