Ərəbistan kralının səhradakı möcüzəsi – FOTOLAR
Bizi izləyin

İdman

Ərəbistan kralının səhradakı möcüzəsi – FOTOLAR

Ərəbistan kralının səhradakı möcüzəsi – FOTOLAR

Səudiyyə Ərəbistanı kralı Abdullahın Ciddədə inşa etdirdiyi stadion görənləri heyran edir.

Publika.az xəbər verir ki, 2009-cu ildə tikintisinə başlanılan arenanın dam örtüyü ləl-cəvahiratla bəzədilib. “Səhranın cəvahirat”ı adlandırılan stadionun rəsmi adı “Kral Abdullah stadionu”du.

Ciddənin iki komandası “Əl İttihad” və “Əl Əhli”nin ev oyunlarını keçirəcəyi arenanın azarkeş tutumu 60 min nəfərdi. FİFA standardlarına cavab verən stadionun tikintisi 533 milyon dollara başa gəlib. Arenanın 5 ulduzlu lojaları ilə yanaşı, VİP, idmançıların və jurnalistlər üçün yüksək səviyyəli salonları var. Əlil tamaşaçılar üçün 308 oturacağın qurulduğu stadionda onlar üçün xüsusi liftlər və tualetlər quraşdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm