İdman
Azərbaycanlı “qızıl oğlan”ın 27-ci baharı - FOTOLAR
Bu gün Yunan-Roma güləşçisi Rövşən Bayramovun ad günüdür.
O, 1987-ci il may ayının 7-də Bakıda dünyaya gəlib. Publika.Az xəbər verir ki, 27-ci doğum gününü qeyd edən Olimpiya mükafatçısını Azərbaycan Güləş Federasiyası da təbrik edib. Federasiyanın rəsmi səhifəsində Rövşən Bayramova belə təbrik ünvablanıb:
“Bu gün Yunan-Roma güləşimizin “qızıl oğlan”ı Rövşən Bayramovun 27 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, gələcək idman karyerasında yeni-yeni çempionluqlar arzu edirik”.
Rövşən Bayramovun güləşçi yoldaşları da bu günə laqeyd qalmayıb,ona öz təbriklərini sosial şəbəkə vasitəsi ilə çatdırıb.
Xatırladaq ki, Rövşən Bayramov 55 kq çəki dərəcəsində mübarizə aparır. Bayramov ikiqat Avropa çempionu, hərbçilər arasında dünya çempionatının qalibi, dünya çempionatının, Pekin və London Yay Olimpiya Oyunlarnın gümüş mükafatçısıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən idman sahəsində əldə etdiyi nəticələr yüksək qiymətləndirilərək "Tərəqqi" medalı ilə təltif edilib.
Onun şəxsi məşqçisi Azərbaycan Respublikasının əməkdar məşqçisi, Olimpiya kateqoriyalı beynəlxalq dərəcəli hakim, idman ustası, polis mayoru Hicran Şərifovdur.
Aygün İlqarqızı
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...