Əfsanədən möhtəşəm vida – VİDEO
Bizi izləyin

İdman

Əfsanədən möhtəşəm vida – VİDEO

Əfsanədən möhtəşəm vida – VİDEO

"Mançester Yunayted"in futbolçusu və müvəqqəti baş məşqçisi Rayan Giqqz "Old Trafford"da sonuncu dəfə meydana çıxıb.

Publika.az xəbər verir ki, futbolçu karyerasını bitirməyə hazırlaşan uelsli əfsanə Premyer Liqa çərçivəsində evdə keçirdikləri son matçda "Hall Siti"yə qarşı oynayıb.

David Moyesin istefasından sonra komandaya rəhbərlik edən Giqqz bu oyunda da baş məşqçi səlahiyyətlərini icra edib. Adını matçın "18-liy"inə salan oyunçu-məşqçi özünü 70-ci dəqiqədə Tomas Lavrense ilə əvəzləyib. Giqqz 86-cı dəqiqədə Robin van Persiyə qol ötürməsi verərək komandasının qələbəsində pay sahibi olub - 3:1.

Qeyd edək ki, 40 yaşlı Rayan Giqqz 1987-ci ildə "Mançester Yunayted"ə transfer olunub. 1990-cı ildən əsas komandada forma geyinən uelsli əfsanə 672 oyunda 114 qol vurub. O, "qırmızı şeytanlar"la 35 kubok qazanıb.

Qeyd edək ki, "Mançester Yunayted"in daha bir futbolçusu - Vidiç də bu qarşılaşmada son dəfə qırmızı formanı geyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm