Messi həbs oluna bilər
Bizi izləyin

İdman

Messi həbs oluna bilər

Messi həbs oluna bilər

"Barselona"lı ulduz futbolçu Messinin vergi bəlasından canı qurtarmaq bilmir.

Publika.az xəbər verir ki, İspaniya Maliyyə Nazirliyi argentinalı ulduz haqda yeni araşdırmaya başlayıb. Keçən il həbs cəzası ilə qarşı-qarşıya qaldığı və sonradan razılaşmanın əldə edildiyi vergi borcundan sonra təcrübəli forvard yenidən problemlə üzləşib. Bu gedişlə Messinin bank hesabındakı pulun miqdarının azalacağı da iddia edilir. Bir ildir hesabları araşdırılan futbolçunun faizi ilə birlikdə 35-41 milyon avro vergi verəcəyi iddia edilir. Messinin menecerlik işlərindən başqa maliyyə işlərini də idarə edən atası Xorxe Messi keçən ilin avqust ayında 5 milyon avro cərimə ödəmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm