• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Argentina millisinə qol vuran futbolçu Bakıda

  • İdman
  • 21 Yanvar 2014 16:52
  • 623 Baxış
Argentina millisinə qol vuran futbolçu Bakıda

“Bakının "İnter" klubu Kosta Rikadan futbolçu transfer etməyə yaxındır.

Publika.az xəbər verir ki, “bankirlər” Dieqo Madriqalı heyətinə qatmağa hazırlaşır. "Bankirlər"in yeni futbolçusu ötən gün uğurla tibbi müayinədən keçib.

25 yaşlı pleymeykerlə iki illik müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, Dieqo Madriqalın son iş yeri "Deportivo Saprissa" olub. O, 2012-ci ildən çıxış etdiyi klubda 31 oyun keçirib və 6 qol vurub. 25 yaşlı futbolçu əvvəllər Kosta Rikanın UCR (2008-2010, 36 oyun, 8 qol), "Herediano" (2010 və 2011-2012, 31 oyun, 2 qol), "Santos de Kuapiles" (2012, 14 oyun, 5 qol) və Paraqvayın "Kerro Portena" (2011, 7 oyun) klublarının formasını geyinib.

Martın 19-da 25 yaşını qeyd edəcək Madriqal, 2009-cu ildə Kosta Rika U-20-si ilə Misirdə keçirilən dünya çempionatında iştirak edib. Turnirdə 7 oyun keçirən "İnter"in yeni transferi yeganə qolunu qrup mərhələsində Avstraliyanın qapısına vurub. Komanda bu dünya çempionatında yarımfinala çıxıb və Braziliyaya uduzub.

2010-cu ildə Kosta Rikanın U-20 yığmasında 2 oyun keçirən Dieqo, 2012-də 23 yaşadək futbolçulardan ibarət yığmaya dəvət alıb. Bu komandanın heyətində 4 oyuna çıxan pleymeyker 1 qola imza atıb.

Madriqal 2010-cu ildən Kosta Rikanın A millisinə dəvət alır. Argentina ilə 26 yanvarda baş tutan matçda debüt edən futbolçu indiyədək 11 oyuna çıxıb. O, ilk matçında millidəki yeganə qoluna imza atıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR