21 ildən sonra "QARABAĞ" ÇEMPİON!!!
Bizi izləyin

İdman

21 ildən sonra "QARABAĞ" ÇEMPİON!!!

Azərbaycan Premyer Liqasında 2013/14 mövsümünün qalibi müəyyənləşib. "Qarabağ" mövsümün sonuna 2 tur qalmış çempionluğunu elan edib.

Azərbaycan Premyer Liqasında 2013/14 mövsümünün qalibi müəyyənləşib. "Qarabağ" mövsümün sonuna 2 tur qalmış çempionluğunu elan edib.

Ağdam klubu XXXIV turda çempionluq yolundakı yeganə rəqibi "İnter"i qəbul edib. Oyun meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ"ın heyətində Reynaldo Silva het-trik edib, Muarem Muarem bir qol vuruğb. "İnter"in qoluna isə Baçana Tsxadadze imza atıb. Bununla da "Qarabağ" sona 2 tur qalmış "İnter"lə 9 xallıq fərq yaradaraq çempionluğunu rəsmiləşdirib.

Qeyd edək ki, "Qarabağ" ilk və sonuncu dəfə 1993-cü ildə çempion olmuşdu. Düzdü, 1995/96 mövsümündə də AFFA Ağdam klubunu çempion elan etmişdi. Belə ki, güclülər dəstəsində "Neftçi" mövsümü birinci pillədə başa vurub. Lakin AFFA əvəzedici heyətlərin də nəticələrini nəzərə alaraq "Qarabağ"ı çempion elan edib. Amma UEFA "Neftçi"ni çempion kimi tanıyıb və Çempionlar Liqasında ölkəmizi "ağ-qaralar" təmsil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm