"İndi Çempionlar Liqası haqqında düşünmək olar"
Bizi izləyin

İdman

"İndi Çempionlar Liqası haqqında düşünmək olar"

Qurban Qurbanov "İnter"lə oyunla (4:1) bağlı fikirlərini bildirib. "Qarabağ"ın baş məşqçisi qarşıdakı iki turda gəncləri oynadacağını deyib:

Qurban Qurbanov "İnter"lə oyunla (4:1) bağlı fikirlərini bildirib. "Qarabağ"ın baş məşqçisi qarşıdakı iki turda gəncləri oynadacağını deyib:

"Çoxdan bu cür qələbə qazanmaq istəyirdik. Həm baxımlı oyun oldu, həm də çempion olduq. Hamını bu münasibətlə təbrik edirəm. Bu oyunda hər şey var idi, qollar, yüksək sürət, qol epizodları. “İnter” də çempionluğa layiq komandadı, mövsümü yaxşı keçirdilər. Kaxaber Tsxadadzeni işini həmişə qiymətləndirmişəm. Yaxşı komandası, futbol biliyi var. Rəhbərliyimizə təşəkkür edirəm, komandanı yuxarı pillələrdə görmək üçün hər şey ediblər. Mükəmməl mövsüm keçirdik. Bundan sonra daima bu yerlər uğrunda mübarizə aparmalıyıq. Heyətimizdə Rəşad Sadıqovdan başqa çempion olan futbolçumuz yoxdu. Bundan sonra Çempionlar Liqası haqqında düşünmək olar. Növbəti oyunlarda bəzi futbolçulara istirahət verib, gənc futbolçulara şans verəcəm. Bizim çempionat asan deyil. Daha çox istəkli idik, çox çalışırdıq, ona görə də çempion olduq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm