Millimizin üzvü "Bursaspor"dan kənarlaşdırıldı
Bizi izləyin

İdman

Millimizin üzvü "Bursaspor"dan kənarlaşdırıldı

Millimizin üzvü "Bursaspor"dan kənarlaşdırıldı.

Türkiyənin “Bursaspor” klubunun rəhbərliyi Azərbaycan milli komandasının futbolçusu Dəniz Yılmazı əsas heyətdən uzaqlaşdırıb.

Publika.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu İdarə Heyətinin və baş məşqçi Mutlu Topçunun qərarı ilə cəzalandırılıb.

Yılmazın komanda yoldaşı Sərcan Yıldırm da oxşar aqibətlə üzləşib. Hər iki futbolçuya pul cəzası da kəsiləcək.

Qərarda bildirilir ki, komandanın tələblərinə uyğun gəlməyən digər futbolçular da cəzalandırılacaq.

Qeyd edək ki, Dəniz Yılmaz Türkiyə Superliqasının XXI turu çərçivəsində, fevralın 17-də keçirilmiş “Kayserispor”la səfər matçının 19-cu dəqiqəsində qırmızı vərəqə alıb. “Bursaspor” oyundan qayıdarkən, Bursa Yeneşir hava limanında Necmi Ayıldız adlı azarkeş və klubun Konqres üzvü komandasını azlıqda qoyaraq, 0:2 hesablı məğlubiyyətə səbəbkar olan Azərbaycan yığmasının üzvünün qabağını kəsib. O, "Sən "Bursaspor"a layiq deyilsən, bu komandadan getməlisən. Nə haqqın var "Bursaspor"u pərişan etməyə? Bursanı tərk et. Sənə "Bursaspor" forması yaraşmır. Bur daha bu formanı geyinmə!" - deyə etiraz edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm