Tudordan uğursuz start
Bizi izləyin

İdman

Tudordan uğursuz start

Türkiyə Super Liqasında 21-ci tura start verilib.

Türkiyə Super Liqasında 21-ci tura start verilib.

Komanda.az xəbər verir ki, turun ilk oyununda millimizin üzvü Dəniz Yılmazın şərəfini qoruduğu “Bursaspor” səfərdə “Kayserispor”la qarşılaşıb. Dəniz oyuna start heyətində çıxıb. Ancaq yığmamızın üzvünə meydanda cəmi 19 dəqiqə qalmaq qismət olub. Birbaşa qırmızı vərəqə alan Dəniz meydandan qovulub. Komandası isə 0:2 hesabıyla uduzub.

"Qalatasaray" bu turda yeni baş məşqçisi İqor Tudorun rəhbərliyi altında ilk oyununu keçirib. Ancaq Tudor "Qalatasaray"ın "sükanı arxasında" ilk oyununda xal itkisiylə üzləşib. "Cim-bom" səfərdə "Rizəspor"un müqavimətini qıra bilməyib - 1:1.

Lider “Beşiktaş” isə bazar günü meydana çıxacaq. “Qartallar” “Akhisar”ı qəbul edəcək.

Türkiyə Super Liqası, 21-ci tur

17 fevral

Kayserispor - Bursaspor 2:0

Qol: Velliton, 49. Rayko Rotman, 79.

Qırmızı vərəqə: Dəniz Yılmaz, 19 (Bursaspor).

18 fevral

Antalyaspor - Karabükspor 1:0

Qol: Eto'O, 82.

Başakşəhər - Qaziantepspor 0:0

Rizəspor - Qalatasaray 1:1

Qol: Özgür Çek, 76 - Lukas Podolski, 23.

19 fevral

14:00 Gənclərbirliyi - Konyaspor
16:00 Fənərbaxça - Kasımpaşa
16:30 Adanaspor - Osmanlıspor
20:00 Beşiktaş - Akhisar

20 fevral

21:00 Trabzonspor - Alanyaspor

Bombardirlər: Cenk Tosun (Beşiktaş) - 15, Bajiç (Konyaspor) - 10, Yasin Öztekin (Qalatasaray) - 9.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm