İdman
Yeniyetmə cüdoçularımız 5 medal qazanıblar - - FOTOLAR
İspaniyanın Fuengirola şəhərində yeniyetmələr arasında Avropa kubokuna start verilib.
Publika.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, yarışın ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub. Belə ki, cüdoçularımız 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.
Ayxan Tanrıverdiyev (55 kq), Vüsal İbrahimov (60 kq) və Vüsalə Kərimova (40 kq) bütün rəqiblərindən üstün olaraq turnirin qızıl medallarına sahib olublar. Knyaz Mahmudlu (66 kq) gümüş, Nazir Talıbov isə Avropa kubokunun bürünc medalına yiyələniblər.
Qeyd edək ki, 21 ölkədən 423 idmançının (234 oğlan, 189 qız) mübarizə apardığı mötəbər turnirdə Azərbaycan milli komandası 16 cüdoçu (12 oğlan, 4 qız) ilə təmsil olunur.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!