“Qarabağ”ın braziliyalısından 2 rekord
Bizi izləyin

İdman

“Qarabağ”ın braziliyalısından 2 rekord

“Qarabağ”ın braziliyalısından 2 rekord

Azərbaycan Premyer Liqasının XXXIV turunun “İnter”lə oyununda 3 qol vurmaqla 4:1 hesablı qələbədə pay sahibi olan Reynaldo Silva “Qarabağ”ın tarixinə düşüb.

Publika.az xəbər verir ki, braziliyalı legioner Ağdam təmsilçisinin Azərbaycan çempionatları tarıxindəki rekordunu yeniləyib.

Cari çempionatda qol sayını 22-yə çatdıran cənubi amerikalı “Qarabağ”ın heyətində bir mövsümdə ən çox fərqlənən oyunçu ünvanına yiyələnib. Reynaldo 2003/04 mövsümündə 20 qolla çempionatın ən sərrast futbolçusu olan Samir Musayevin rekordunu 2 top üstələyib.

Reynaldo həm də ölkəmizdə bir mövsümdə ən çox qol vuran braziliyalı adına sahib çıxıb. O, AZAL-da 21 qol vuran Junior Nildonun göstəricisini arxada qoyub. Premyer Liqada ən çox qol vuran legionerlər arasında isə Reynaldo 2-cidi. Braziliyalı elə ötən mövsüm 26 topa sevinən Nikolas Kanalesdən 4 top geri qalır. Çilili bombardir rekorda “Neftçi”də imza atmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm