Malkin: "Şadam ki, Azərbaycana medal qazandırdım"
Bizi izləyin

İdman

Malkin: "Şadam ki, Azərbaycana medal qazandırdım"

"Çox şadam ki, Dünya Kubokunda ilk çıxışım uğurlu oldu".

"Çox şadam ki, Dünya Kubokunda ilk çıxışım uğurlu oldu".

Bunu Trend-ə Bakıda keçirilən tamblinq üzrə Dünya Kubokunda gümüş medal qazanan Azərbaycan gimnastı Mixail Malkin deyib.

O qeyd edib: "Bu, Dünya Kubokunda ilk çıxışım idi. Daha yaxşı çıxış etmək istərdim, lakin bir qədər həyəcan mane oldu. Hər halda şadam ki, bu yarışda ilk çıxışım ölkəmə medal gətirdi".

Gimnast azarkeşlərə minnətdarlığını bildirib: "Bizi gəlib dəstəkləyən hər kəsə olduqca minnətdaram. Onlar mənə özümü toparlamağa və uğurlu çıxış etməyimə kömək etdilər".

M.Malkin Dünya Kubokundan sonra bu turnirin növbəti mərhələsinə hazırlaşacaq:

"Dünya Kubokunun növbəti mərhələsinə hazırlaşmağa davam edəcəyəm, lakin əsas məqsəd noyabrda Bolqarıstanda keçiriləcək dünya çempionatıdır".

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə FIG Dünya Kubokunun finalları keçirilir. Dünya Kubokunda 15 ölkədən 85 gimnast iştirak edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm