Bakıda tamblinq üzrə Dünya Kubokunun qalibləri mükafatlandırılıb - - FOTOLAR
Bizi izləyin

İdman

Bakıda tamblinq üzrə Dünya Kubokunun qalibləri mükafatlandırılıb - - FOTOLAR

Bu gün Bakıda Milli Gimnastika Arenasında kişilər və qadınlar arasında tamblinq üzrə Dünya Kubokunun qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Publika.az-ın Trend-ə istinadən məlumatına görə, mərasimdə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Batut gimnastikası üzrə texniki komitəsinin birinci vitse-prezidenti Nikolay Makarov, Avropa Gimnastika İttfaqının (UEG) İcraiyyə komitəsinin üzvləri Erik Moqensen və Stoyan Stoyanov, UEG-nin Batut gimnastikası üzrə texniki komitəsinin rəhbəri Vladimir Zemnoy, Azərbaycanın bədii gimnastika üzrə yığmasının baş məşqçisi Mariana Vasileva və Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov iştirak ediblər.

Həmçinin ən yaxşı çıxışa və ən yüksək bala görə Azərbaycan Gimnastika Federasiyasının xüsusi mükafatları - "AGF Trophy" təqdim olunub. Kişilər arasında bu mükafata Qazaxıstan idmançısı Aleksandr Romaxov, qadınlar arasında isə Böyük Britaniya təmsilçisi Lyusi Kolbek sahib olublar. Mükafatları FIG-nin Batut gimnastikası üzrə texniki komitəsinin birinci vitse-prezidenti N.Makarov və Azərbaycan Gimnastika Federasiyasının baş katibi F.Qayıbov təqdim ediblər.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə FIG Dünya Kubokunun finalları keçirilir. Dünya Kubokunda 15 ölkədən 85 gimnast iştirak edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm