İlya Qrişunin: "Azərbaycan Gimnastika Federasiyası mənə ikinci həyatı bəxş etdi"
Bizi izləyin

İdman

İlya Qrişunin: "Azərbaycan Gimnastika Federasiyası mənə ikinci həyatı bəxş etdi"

"Azərbaycan Gimnastika Federasiyası mənə ikinci həyatı bəxş etdi".

"Azərbaycan Gimnastika Federasiyası mənə ikinci həyatı bəxş etdi".

Publika.az xəbər verir ki, bunu Trend-ə Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kubokunda gümüş medal qazanan Azərbaycan idmançısı İlya Qrişunin deyib.

O, əvvəlcə yaxşı çıxış etdiyini hiss edib: "Biz daha çox sinxron çıxışlara ümid edirdik, lakin yekunda hər şey qəfil dəyişdi və biz dördüncü yeri tutduq. Bu məni çox əsəbiləşdirdi. Əlbəttə, mən medal olacağından yüz faiz əmin deyildim, çünki bu çox çətindir. Həm də nəzərə alsaq ki, yarışlarda Olimpiya çempionu, Olimpiadanın gümüş medalçısı iştirak edirdilər. Düşünürəm ki, bu, mövsüm üçün əla başlanğıcdır. Daha yaxşı nəticə qazanmaq olar, bəzi məqamları düzəltmək üçün avqusta qədər vaxt var".

Gimnast bildirib ki, Azərbaycan yığması bu yarışlara yaxşı hazırlaşdı: "Biz fiziki və mənəvi baxımdan əla formadayıq".

İ.Qrişunin deyib ki, ona fərdi çıxış etmək daha asan gəlir: "Mən özümə əmin idim və sinxron çıxışlara başlayanda sakit idim, amma partnyoruma görə narahat idim. Lakin ona kömək edə bilmədim, çünki hər kəs öz hərəkətlərinə cavabdehdir. Düşünürəm ki, gələcəkdə Oleqlə birlikdə hətta birinci yer uğrunda mübarizə aparacağıq".

İdmançı qeyd edib ki, Azərbaycan Gimnastika Federasiyası ona ikinci həyatı bəxş edib:

"Əgər bu insanlar olmasaydı, heç bilmirəm, indi haradaydım. Hər şey xoşuma gəlir, şərait idealdır. Mən 2014-cü ildən ailəmlə burada yaşayıram, buranı bəyənirəm".

Gimnast gümüş medalını anasına həsr etdiyini deyib: "Çünki o məni 19 il əvvəl bu idmana gətirdi və mən onu Rusiyadan bura dəvət etdim ki, gəlib yarışlara baxsın. Anamın çox xoşuna gəldi. Təşkilatçılıq yüksək səviyyədədir".

Qeyd edək ki, fevralın 18-19-da Bakıda Milli Gimnastika Arenasında 15 ölkədən 85 gimnastın iştirakı ilə batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku keçirilib.

Azərbaycan gimnastları yarışları 3 medalla başa vurublar. Mixail Malkin tamblinq cığırında, Svetlana Makştarova və Veronika Zemlyanaya batut üzrə sinxron çıxışlarda, İlya Qrişunin isə batut üzrə fərdi proqramda gümüş medal qazanıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm