İdman
Bakıda batut gimnastikası üzrə Dünya Kubokunun qalibləri mükafatlandırıldı - - FOTOLAR
Bu gün Bakıda Milli Gimnastika Arenasında keçirilən kişilər və qadınlar arasında batut gimnastikası üzrə Dünya Kubokunun qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Publika.az-ın Trend-ə istinadən məlumatına görə, mərasimdə Bakı Gimnastika Məktəbinin direktoru Xaqani Fərəcov, idman gimnastikası üzrə Azərbaycan yığmasının baş məşqçisi Rza Əliyev, Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fərid Qayıbov, Avropa Gimnastika İttfaqının (UEG) fəxri üzvü Viktor Saaron, Milli Gimnastika Arenasının direktoru Maqsud Fərzullayev, Azərbaycan Gimnastika Federasiyasının İcraiyyə komitəsinin üzvü Mariana Vasileva, yarışların əlaqələndiricisi Nurlana Məmmədzadə, UEG-nin batut gimnastikası üzrə texniki komitəsinin prezidenti Vladimir Zeman, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) texniki nümayəndəsi Nikolay Makarov, AGF-nin marketinq üzrə direktoru Səbri Gülmalıyev, AGF-nin Elmi-tədqiqat qrupunun rəhbəri Elşad Nərimanov və yarışların direktoru Natalya Bulanova iştirak ediblər.
Həmçinin ən yaxşı çıxışa və ən yüksək bala görə Azərbaycan Gimnastika Federasiyasının xüsusi mükafatları - "AGF Trophy" təqdim olunub. Kişilər arasında bu mükafata rusiyalı gimnast Dmitri Uşakov, qadınlardan isə digər rusiyalı idmançı Yana Pavlova layiq görülüb. Mükafatları FIG-nin texniki nümayəndəsi N.Makarov və yarışların direktoru N.Bulanova təqdim ediblər.
Qeyd edək ki, fevralın 18-19-da Bakıda Milli Gimnastika Arenasında 15 ölkədən 85 gimnastın iştirakı ilə batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku keçirilib.
Azərbaycan gimnastları yarışları 3 medalla başa vurublar. Mixail Malkin tamblinq cığırında, Svetlana Makştarova və Veronika Zemlyanaya batut üzrə sinxron çıxışlarda, İlya Qrişunin isə batut üzrə fərdi proqramda gümüş medal qazanıblar.
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL