"Qəbələ" "Qarabağ"ı məğlub etdi, lider oldu
Bizi izləyin

İdman

"Qəbələ" "Qarabağ"ı məğlub etdi, lider oldu

Premyer Liqada 19-cu tura yekun vurulub.

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vurulub.

Publika.az xəbər verir ki, matçlardan biri Sumqayıtda, digəri Qəbələdə keçirilib.

Sumqayıtda şəhərin eyniadlı təmsilçisi ilə AZAL qarşılaşıb. Görüşün taleyini 13-cü dəqiqədə Yusif Nəbiyevin vurduğu qol həll edib. Bu qələbədən sonra xalını 25-ə çatdıran meydan sahibləri 4-cü pilləni “Zirə”dən geri alıblar. “Təyyarəçilər” isə 8 xalla sonuncu – 8-ci yerdədirlər.

Turun son matçı “Qəbələ” və “Qarabağ” komandaları arasında baş tutub. Cari mövsümdə çempionluğa əsas namizəd olan bu kollektivlərin növbəti dueli meydan sahiblərinin qalibiyyəti ilə nəticələnib. Matçda hesabı 28-ci dəqiqədə Sergey Zenyov açıb. 69-cu dəqiqədə isə Filip Ozobiç son nöqtəni qoyub. Bu, həm də bombardirlik yarışında liderlik edən xorvatiyalı yarımmüdafiəçinin 12-ci qolu olub.

Beləliklə, xalını 42-yə çatdıran Qəbələ təmsilçisi zirvəni ələ keçirib. Roman Qriqorçukun komandası 42 xala malik olan Ağdam klubunun şəxsi görüşlərdə üstələdiyinə görə lider olub.

Azərbaycan Premyer Liqası. 19-cu tur

19 fevral

15:00 “Sumqayıt” – AZAL 1:0

Qol: Yusif Nəbiyev, 13

17:30 “Qəbələ” – “Qarabağ” 2:0

Qollar: Sergey Zenyov, 28, Filip Ozobiç, 69.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm