“Qəbələ”nin baş məşqçisi: “Komandam ən yaxşı sözlərə layiqdir”
Bizi izləyin

İdman

“Qəbələ”nin baş məşqçisi: “Komandam ən yaxşı sözlərə layiqdir”

Gözlədiyim hər şey baş verdi.

“Gözlədiyim hər şey baş verdi. Meydanda ciddi, keyfiyyətli, yüksək səviyyəli oyun gedirdi”.

Publika.az xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Azərbaycan Premyer Liqasının XIX turunda doğma meydanda “Qarabağ”ı qəbul edən meydan sahibləri 2:0 hesablı qələbəyə seviniblər.

Qriqorçuk bildirib ki, hər iki komanda əla çıxış edib: “Bu cür oyunda qələbə qazanmaqdan çox razıyam. Görüşün əvvəllərində təzyiqdən yaranmış bəzi səhvlərimiz var idi, ancaq sonradan hər şey düzəldi. Bu da psixoloji amillərlə bağlıdır. Ancaq tədricən komanda öz oyununu tapdı. Komandam ən yaxşı sözlərə layiqdir”. (apasport.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm