"Bakı şəhəri adi şəhərdən "Formula 1" trekinə çevriləcək"
Bizi izləyin

İdman

"Bakı şəhəri adi şəhərdən "Formula 1" trekinə çevriləcək"

""Formula 1" Azərbaycan Qran Prisi üçün satılan biletlərin 60 faizi Rusiyadan alınıb".

""Formula 1" Azərbaycan Qran Prisi üçün satılan biletlərin 60 faizi Rusiyadan alınıb".

Publika.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai məlumat verib.

Onun sözlərinə görə, ötən illə müqayisədə bu il bilet satışı daha sürətlə gedir:

"Bilet satışı üzrə onluğa daxil olan ölkələr siyahısında Rusiya, Böyük Britaniya, Ukrayna, Gürcüstan, Azərbaycan, Ərəb ölkələri liderdir. Artıq biletlər 40-dan çox ölkədə satılıb. Hədəf Ərəb ölkələrinin, Böyük Britaniya və Rusiya fanatlarının daha çox bilet almasıdır. Bildiyiniz kimi, Böyük Britaniyada "Formula 1"in fanat kütləsi çoxdur. Çox sevindirici haldır ki, builki Qran Priyə Azərbaycan vətəndaşları daha çox maraq göstərir. Onlar satış nöqtələri ilə yanaşı, onlayn qaydada bilet əldə edirlər. Biz azərbaycanlı azarkeşlər üçün yeni kampaniya elan etmişik".

O, Filarmoniya və Abşeron tribunalarına biletlərin daha çox satıldığını qeyd edib. Nigar Arpadarai əlavə edib ki, Bakı şəhəri adi şəhərdən "Formula 1" trekinə çevriləcək:

"Tribuna və təhlükəsizlik baryerləri may ayında qurulmağa başlayacaq. Hazırda işlərimiz tam sürətlə davam edir".

Nigar Arpadarai bəzi əyləncəli proqramlardan imtina edilməsinə də aydınlıq gətirib:

"Biz keçən il 2 kilometrlik əyləncə zonası ayırmışdıq. İnsanların daha çox canlı əyləncələrə meyl etdiyinin şahidi olduq. Məsələn, "uçan turbin" adlı maraqlı əyləncə nəzərdə tutmuşduq ki, buraya maraq yox idi. Bu il həmin atraksion olmayacaq".

O, bu il əcnəbi ulduz səfirin olmayacağını da açıqlayıb:

"Ötən il pilot Fernando Alonso ulduz səfir idi, onun Azərbaycanın ev sahibliyi etdiyi "Formula 1" yarışının təbliğində çox köməyi dəydi. Bu il isə əcnəbi ulduz səfir olmayacaq, bir neçə tanınmış şəxslə müqavilə əsasında təbliğatımızı quracağıq".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm