ÇL: Mançesterdə triller, Leverkuzendə "qonaqlıq" - 2 oyuna 14 qol (YENİLƏNİB) - - VİDEO
Bizi izləyin

İdman

ÇL: Mançesterdə triller, Leverkuzendə "qonaqlıq" - 2 oyuna 14 qol (YENİLƏNİB) - - VİDEO

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti 2 oyunu keçirilib.

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti 2 oyunu keçirilib.

"Report" xəbər verir ki, Almaniya və İngiltərədə baş tutan matçlar zamanı azarkeşlər 14 qolun şahidi olublar.

İspaniyanın "Atletiko Madrid” klubu Almaniyanın "Bayer Leverkuzen” kollektivini səfərdə 4:2 hesabı ilə məğlub etməklə cütün taleyinə demək olar aydınlıq gətirib.

Mançester şəhərində baş tutan qarşılaşmada isə meydan sahibləri əzmkarlıq göstəriblər. Oyunda hesabı ilk olaraq açan "Mançester Siti” daha sonra 3 qol buraxaq məğlub duruma düşüb. Ancaq özündə güc tapan Xosep Qvardiolanın yetirmələri inanılmaz əzmkarlıq göstəriblər və 24 dəqiqəyə 4 qol vuraraq qələbəni bayram ediblər.

Komandaların bombardirləri olan Serxio Aquero ilə Radamel Falkao dubl ediblər. "Monako”nun kapitanı bir penaltini qaçırıb.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

21 fevral

23:45 "Bayer” (Almaniya) – "Atletiko” (İspaniya) - 2:4

Qollar: Kərim Bellarabi, 49, Stefan Saviç, 68 - Saul Niguez, 17, Antuan Qrizmann, 26, Kevin Qameyro, 58-pen, Fernando Torres, 86

23:45 "Mançester Siti” (İngiltərə) – "Monako” (Fransa) - 5:3

Qollar: Rahim Sterlinq, 26, Serxio Aquero, 58, 71, Con Stons, 77, Leroy Sane, 83 - Radamel Falkao, 32, 61, Kilian Mbappe, 40

50-ci dəqiqədə Radamel Falkao penaltidən dəqiq istifadə edə bilməyib (qapıçı)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm