İdmançılarımız olimpiadaya 3 lisenziya qazandı - FOTOLAR
Bizi izləyin

İdman

İdmançılarımız olimpiadaya 3 lisenziya qazandı - FOTOLAR

İdmançılarımız olimpiadaya 3 lisenziya qazandı - FOTOLAR

Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçirilir.

Artıq çempionatda sərbəst güləş yarışları başa çatıb. Publika.az xəbər verir ki, Azərbaycan sərbəst güləş yığmasının üzvləri ümumilikdə 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında 75 xalla ikinci olub. İlk sırada 88 xalla Rusiya, üçüncü sırada isə 58 xalla Ermənsitan qərarlaşıb.
Qızıl medalları yığmamıza Əfqan Xaşalov (50 kq), Teymur Məmmədov (63 kq), Şamil Sadullayev (85 kq) və İqbal Hacızadə (100 kq) qazandırıb. Elvin Namazov (46 kq) gümüş, Ravil Babazadə (69 kq) və Hacımurad Məhəmmədsəidov (76 kq) isə bürünc medala sahib olub.

Yığmamız Nanjinqdə keçiriləcək yeniyetmələrin ikinci Olimpiya Oyunlarına 5 mümkün lisenziyadan 3-nü qazana bilib. 46, 63 və 100 kq-da lisenziya qazanan sərbəst güləşçilərimiz Nanjinqdə 2 çəki dərəcəsində təmsil olunacaq.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm