İdman
Azərbaycanda yeni futbol klubu yaradılır
Gələn mövsümdən Azərbaycan çempionatının I Divizionunda yeni komanda mübarizə aparacaq.
Publika.az goal.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "CBC Sport"da yayımlanan "Bizim Futbol" verilişində deyib:
"İki gənc mənə yaxınlaşdı və belə bir fikirdə olduqlarını bildirdi. Onlar "Binə" adlı komandanın I Divizionda mübarizə aparmasını istəyirlər. Məndən bunun üçün hansı sənədlər lazım olduğunu soruşdular. Cavab verdim ki, bank təminatını mənə təqdim edin, qalan sənədləri özüm təşkil edəcəyəm. Əməkdaşımız Zamiq Hüseynova bu məsələ ilə bağlı xüsusi tapşırıqlarımı vermişəm. Binə qəsəbəsində AFFA-nın balansında olan stadion var. "Binə"nin ev oyunlarını həmin stadionda keçirməsi ilə bağlı AFFA-ya müraciət edəcəyəm. Həmin stadionun meydançası süni örtükdən olsa da, keyfiyyətlidir".
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA