Avropa Liqası: "Fənərbağça" üçün "davam, ya tamam" matçı
Bizi izləyin

İdman

Avropa Liqası: "Fənərbağça" üçün "davam, ya tamam" matçı

Bu gün Avropa Liqasında 1/6 final mərhələsinin cavab oyunları çərçivəsində 3 matç keçiriləcək.

Bu gün Avropa Liqasında 1/6 final mərhələsinin cavab oyunları çərçivəsində 3 matç keçiriləcək.

“Report”un məlumatına görə, görüşlər Türkiyə, Fransa və Almaniyada baş tutacaq.

Günün matçlarından azərbaycanlı futbol azarkeşləri üçün daha çox maraq doğuranı İstanbuldakı qarşılaşmadır. Rusiyada Viktor Klaessonun qolu ilə qalib gələn “Krasnodar” səfərdə də “Fənərbaxça”ya müqavimət göstərmək əzmindədir. Lakin Türkiyə təmsilçisi görüşün favoriti sayılır.

Digər oyunlara gəlincə, hər ikisinin formal xarakter daşıdığını söyləmək olar. Hər halda, İngiltərədə Zlatan İbrahimoviç het-triki ilə “Sent-Etyen”i 3 cavabsız qolla məğlub edən “Mançester Yunayted”in bu üstünlüyü əldən verəcəyi inandırıcı görünmür.

Yunanıstanda “Şalke”yə 0:3 hesabı ilə məğlub olan PAOK-un işi daha çətindir. Cari mövsümdə Azərbaycan təmsilçisi “Qarabağ”la eyni qrupda yer alan və hər iki matçda Ağdam klubuna uduzan (2:0, 1:0) Saloniki komandası səfərdə sürprizə imza atacaq potensiala sahib deyil.

Avropa Liqası, 1/16 final mərhələsi, cavab oyunları

22 fevral

21:00 “Fənərbaxça” (Türkiyə) – “Krasnodar” (Rusiya)

Baş hakim: Pavel Raçkovski (Polşa)

İstanbul. “Şükrü Saracoğlu” stadionu

İlk oyun – 0:1

21:00 “Şalke” (Almaniya) – PAOK (Yunanıstan)

Baş hakim: Luka Banti (İtaliya)

Qelzenkirhen. “AufŞalke Arena”

İlk oyun – 3:0

21:00 “Sent-Etyenn” (Fransa) – “Mançester Yunayted” (İngiltərə)

Baş hakim: Dəniz Aytəkin (Almaniya)

Sent-Etyen. “Coffrua Qişar” stadionu

İlk oyun – 0:3

Oxumağa davam et
Reklam
Reklam

Gündəm