Moskvada "Kobra"nın qarşısına çıxan olmadı - - FOTO
Bizi izləyin

İdman

Moskvada "Kobra"nın qarşısına çıxan olmadı - - FOTO

P.Abdullayev bütün rəqiblərinə qalib gəlib.

Azərbaycanı və “Qəbələ” idman klubunu beynəlxalq arenada uğurla təmsil edən Pərviz Abdullayev növbəti nailiyyətini əldə edib.

Publika.az xəbər verir ki, idmançımız bu dəfə uşu yarışlarında fərqlənib. O, Rusiyanın paytaxtı Moskvada təşkil olunan “Moscow wushu stars-2017” turnirində qüvvəsini sınayıb.

Beynəlxalq yarışda 4 döyüş keçirən P.Abdullayev bütün rəqiblərinə qalib gəlib. Yarışda 75 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz bu qələbələr sayəsində Moskvadakı yarışın çempionu adını qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm