İngiltərə çempionunun baş məşqçisi istefaya göndərildi
Bizi izləyin

İdman

İngiltərə çempionunun baş məşqçisi istefaya göndərildi

"Lester" hazırda Premyer Liqada 25 oyundan 21 xalla 20 komanda arasında 20-ci yeri tutur.

İngiltərə çempionu "Lester"in baş məşqçi Klaudio Ranyeriylə yolları ayrılıb.

Publika.az xəbər verir ki, "Lester"in İdarə Heyəti italiyalı mütəxəssisin 2015-ci ilin iyulundan çalışdırdığı komandanı 133 illik tarixi ərzində ilk dəfə ötən mövsüm çempionluğa qovuşdurduğunu da unutmayıb. Lakin klub hesab edir ki, baş məşqçi dəyişikliyi nə qədər ağır qərar olsa da, hazırkı durumda ümumi maraqlar baxımından labüddür.

Qeyd edək ki, "Lester" hazırda Premyer Liqada 25 oyundan 21 xalla 20 komanda arasında 20-ci yeri tutur. Klub Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyununda İspaniya "Sevilya"sına səfərdə uduzub - 1:2. Cavab görüşü martın 14-də keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm