İdman
Avropa Liqasında hokkey hesabı - Bütün 1/8 finalçılar məlumdur
Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları keçirilib.
Publika.az xəbər verir ki, baş tutan 13 matçdan sonra 1/8 finalçıların hamısı müəyyənləşib. Yalnız "Şaxtyor"la "Selta"nın duelində ümumi hesab bərabər olduğundan, cütün taleyinə əlavə vaxtda aydınlıq gəlib. İspanlar son dəqiqədə vurduğu qolla mübarizəni əlavə 30 dəqiqəyə apararaq orada artıq qələbə topunu vurmağa müvəffəq olub.
Beləliklə, bir gün öncə bu vəsiqəyə nail olan "Krasnodar”, "Şalke” və "Mançester Yunayted”ə "Selta", "Olimpiakos”, "Ayaks”, APOEL, "Roma”, "Beşiktaş”, "Anderlext”, "Kopenhagen”, "Borussiya M”, "Genk”, "Lion”, "Rostov” və "Genk” qoşulub.
Türkiyənin türnirdəki təmsilçilərindən "Fənərbağça”nın ardınca "Osmanlıspor” da mübarizəni dayandırıb. İndi qardaş ölkənin avrokuboklarda qalan yeganə təmsilçisi "Beşiktaş”dır.
Avropa Liqası. 1/16 final, cavab oyunları
23 fevral
20:00. "Osmanlıspor” (Türkiyə) – "Olimpiakos” (Yunanıstan) - 0:3
Qollar: Kərim Ənsərifard, 47, 87, Tarik Elyunussi, 70
Baş hakim: İştvan Vod (Macarıstan)
İlk oyun – 0:0
22:00 "Ayaks” (Hollandiya) – "Legiya” (Polşa) - 1:0
Qol: Nik Vergever, 49
Baş hakim: Entoni Teylor (İngiltərə)
İlk oyun – 0:0
22:00 APOEL (Kipr) – "Atletik” (İspaniya) - 2:0
Qollar: Pyeros Soterio, 49, Cannis Canniotas, 54
Qırmızı vərəqələr: Pyeros Soterio (APOEL, ikinci sarı), 65, Ander İlturraspe, 90+1 ("Atletik", ikinci sarı)
Baş hakim: Vladislav Bezborodov (Rusiya)
İlk oyun – 2:3
22:00 "Roma” (İtaliya) – "Vilyareal” (İspaniya) - 0:1
Qol: Rafael Borre, 16
Qırmızı vərəqə: Antonio Rudiger, 81 ("Roma", ikinci sarı)
Baş hakim: Feliks Tsvayer (Almaniya)
İlk oyun – 4:0
22:00 "Beşiktaş” (Türkiyə) – "Hapoel” (Beer-Şeva, İsrail) - 2:1
Qollar: Vinsent Abubakar, 16, Cenk Tosun, 87 - Entoni Nvakayeme, 64
Baş hakim: Matey Yuq (Sloveniya)
İlk oyun – 3:1
22:00 "Zenit” (Rusiya) – "Anderlext” (Belçika) - 3:1
Qollar: Juliano, 24, 78, Artyom Dzyuba, 72 - İsaak Telin, 89
Baş hakim: Tasos Sidiropulos (Yunanıstan)
İlk oyun – 0:2
00:05 "Kopenhagen” (Danimarka) – "Ludoqorets” (Bolqarıstan) - 0:0
Baş hakim: Miroslav Zelinka (Çexiya)
İlk oyun – 2:1
00:05 "Fiorentina” (İtaliya) – "Borussiya” (Münhenqladbah, Almaniya) - 2:4
Qollar: Nikola Kaliniç, 16, Borxa Valero, 29 - Lars Stindl, 43-pen, 47, 55, Andreas Kristensen, 60
Baş hakim: Artur Diaş (Portuqaliya)
İlk oyun – 1:0
00:05 "Genk” (Belçika) – "Astra” (Rumıniya) - 1:0
Qol: Alejandro Pouelo, 67
Baş hakim: Sərdar Gözübüyük (Hollandiya)
İlk oyun – 2:2
00:05 "Lion” (Fransa) – "Alkmaar” (Hollandiya) - 7:1
Qollar: Nabil Fekir, 5; 27, 78, Maksvel Kornet, 17, Seyri Darder, 34, Hussem Auar, 87, Muxtar Dyakhabi, 90 - Levi Qarsia, 26
Baş hakim: Aleksey Kulbakov (Belarus)
İlk oyun – 4:1
00:05 "Şaxtyor” (Ukrayna) – "Selta” (İspaniya) - 0:2
Qollar: Yaqo Aspas, 90, Qustavo Kabral, 110
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
İlk oyun – 1:0
00:05 "Sparta” (Çexiya) – "Rostov” (Rusiya) - 1:1
Qollar: Vyaçeslav Karavayev, 84 - Dmitri Poloz, 13
Qırmızı vərəqə: Namoynesu Kosta, 67 ("Sparta", ikinci sarı)
Baş hakim: Hüseyin Göçek
İlk oyun – 0:4
00:05 "Tottenhem” (İngiltərə) – "Gent” (Belçika) - 2:2
Qollar: Kristian Eriksen, 10, Viktor Vanyama, 61 - Harri Keyn, 20-öz qapısına, Ceremi Perbet, 82
Qırmızı vərəqə: Dele Alli, 40 ("Tottenhem", birbaşa)
Baş hakim: Manuel de Souza (Portuqaliya)
İlk oyun – 0:1
Qeyd edək ki, turnriin 1/8 final mərhələsinin püşkü bu gün atılacaq.
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR