Yubiley oyununa gözəl hədiyyə - 8:0 - - VİDEO
Bizi izləyin

İdman

Yubiley oyununa gözəl hədiyyə - 8:0 - - VİDEO

Almaniya Bundesliqasında 22-ci tur davam edir.

Almaniya Bundesliqasında 22-ci tur davam edir.

Komanda.az xəbər verir ki, turun ilk oyununda “Volfsburq” “Verder”i qəbul edib. Oyun Bremen təmsilçisinin qələbəsiylə nəticələnib - 2:1.

Son 3 turda yalnız bir qələbə qazana bilən lider “Bavariya” isə evdə aşağı pillələrdə qərarlaşmış “Hamburq”la qarşılaşıb. Münhen klubu "Dinozavrlar"ın daşını daş üstə qoymayıb - 8:0. Bu qarşılaşma "Bavariya"nın baş məşqçisi Karlo Ançelottinin baş məşqçi kimi 1000-ci oyunu olub.

"Bavariya"nın ən yaxın izləyicisi "Leyptsiq" də qalib gəlib. "Öküzlər" "Köln"ü 3:1 hesabıyla məğlub edib.

Dortmund "Borussiya"sı isə səfərdə "Frayburq"dan üstün olub - 3:0.

Almaniya Bundesliqası, 22-ci tur

24 fevral

Volfsburq - Verder 1:2

Qol: Mayoral, 19 - Qnabri, 10; 18.

25 fevral

Bayer - Maynts 0:2

Qol: Bell, 8. Öztunalı, 11.

Bavariya - Hamburq 8:0

Qol: Vidal, 17. Levandovski, 24-pen; 42; 54. Alaba, 56. Koman, 65; 69. Robben, 87.

Leyptsiq - Köln 3:1

Qol: Forsberq, 5. Maro, 34-avtoqol. Verner, 65 - Osako, 53.

Frayburq - Borussiya D 0:3

Qol: Papastopulos, 13. Obameyanq, 55; 70.

Darmştadt - Auqsburq 1:2

Qol: Heller, 47 - Veraeq, 55-pen. Bobadilla, 85.

21:30 Herta - Ayntraxt

26 fevral

18:30 İnqolştadt - Borussiya M
20:30 Şalke - Hoffenhaym

Oxumağa davam et
Reklam
Reklam

Gündəm